Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / FHN “Şahdağ” Turizm Mərkəzində təlim keçirib

FHN “Şahdağ” Turizm Mərkəzində təlim keçirib

23.10.2024 [23:52]

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzində 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib. FHN-in mətbuat xidmətindən bildirilib ki, təlimdə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri və “Şahdağ” Turizm Mərkəzinin xilasetmə dəstələri iştirak edib.

Təlimin keçirilməsində məqsəd kanat xəttində baş verə biləcək hadisələr zamanı qəza-xilasetmə və digər xilasetmə işlərinin aparılmasına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.

Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31