Artıq çəkinin fəsadları...
11.10.2024 [07:48]
Piylənmə ilə Mübarizə Günüdür!
Günümüzdə piylənmə və artıq çəki tibbin aktual problemləri sırasındadır. Bu problemin əsas səbəblərindən biri normadan artıq yüksək kalorili qidalar qəbul etmək və hərəkətsizlikdir. Piylənmə əksər hallarda orqanizmə qida vasitəsilə daxil olan enerji ilə onun sərfi arasındakı balanssızlıq nəticəsində yaranır. Bədəndəki artıq kalori piyə çevrilərək, depo şəklində dərialtı qat, piylik, qarın divarı və daxili orqanlarda toplanır. Sadə dildə desək, piylənmə orqanizmdə artıq yağ toplanmasıdır. Orta bədən kütləsinə malik kişilərdə piy toxuması 15-20, qadınlarda isə 25-30 faiz arasındadır.
Yeri gəlmişkən, oktyabrın 11-i Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilir. Hələ 1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırırlar.
1975-ci ildən etibarən 3 dəfəyədək artıb...
ÜST-ün apardığı tədqiqatlar göstərir ki, insanın bədən kütləsinin artması müxtəlif patalogiyaların inkişaf riskinin yüksəlməsinə səbəb olur. Ona görə də bu xəstəliyi istənilən yolla, hətta cərrahi müdaxilə yolu ilə də müalicə etmək önəmlidir. ÜST piylənməni “sağlamlıq üçün təhlükə yaradan həddindən artıq və ya anormal piy yığılması” olaraq təyin edir. Artıq çəki və piylənmə xəstəliyi bir çox metabolik, ürək-damar, ortopedik və psixiatrik pozğunluqlara səbəb ola bilər.
Təşkilatın verdiyi məlumata əsasən, 1975-ci ildən hazırkı vaxta qədər piylənmədən əziyyət çəkən xəstələrin sayı 3 dəfəyə qədər artıb. Ölkəmizdə kişilərin 50 faizi, qadınların isə 60 faizi artıq çəkidən əziyyət çəkir.
Oturaq həyat tərzi
Araşdırmalara görə, işləyən insanlar gün ərzində təxminən 8, həftədə 40, ildə isə 2 min saatını masa arxasında çalışaraq keçirir. Ofisdə istehlak edilən düzgün olmayan qida rejimi isə piylənmə riskini daha da artırır. Mütəxəssisin sözlərinə görə fiziki fəaliyyət sağlam çəki saxlamağa kömək edir və bu da öz növbəsində immunitet sisteminin ən yaxşı şəkildə işləməsinə imkan verir. Həddindən artıq çəki və oturaq həyat tərzi isə orqanizmi bu müdafiə mexanizmindən məhrum edir - immun hüceyrələr xərçəng hüceyrələrini daha az tanıyır və onları məhvə sürükləyir.
Valideynlərin doğru bildiyi yanlış...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan dietoloq Şəfa Yadigarova piylənmənin 2-ci tip diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə səbəb ola biləcəyini diqqətə çatdırıb. Dietoloq qeyd edib ki, körpə uşaqların valideynləri həddən artıq çəki probleminə görə, həkimlərə tez-tez müraciət edirlər: “Belə müraciətlərin sayı artıb. Valideynlərdə belə bir fikir formalaşıb ki, uşağı yaxşı yedizdirmək lazımdır ki, o sağlam olsun. Bu, çox yanlış yanaşmadır. Əgər valideynlər övladlarının gələcəyini düşünürlərsə, onları körpəlikdən düzgün qidalanmağa öyrətməlidirlər və rejimlə qidalandırmalıdırlar”.
Piylənmə oğlanlarda qadın hormonunu artırır
Dietoloqun sözlərinə görə, yeniyetməlik çağında baş verən piylənmə həm oğlan, həm də qızlarda böyük problemlər yaradır: “Gənc qızların ana olmaq şansı azalır, oğlanlarda isə bütün funksiyalar pozulur və onlarda qadın hormonu daha aktiv olur. Kökəlmə yeniyetmənin görkəminə təsir edir, daxili orqanları piylənir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13

