“Əbədiyyətə hökm edənlər”in günü...
05.10.2024 [07:23]
“Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur”- deyirdi müdriklərdən biri. Müəllim adı elə şərəfli ad, elə vüqarlı peşədir ki, min illərdir ondan uca ad dünyaya gəlməyib, gəlməyəcək də... Çünki müəllimin özünü də öyrədən müəllimdir. Necə deyirdi Həzrəti Əli: “Mənə bir hərf öyrədənin köləsi olaram”.
Bu gün o uca adın daşıyıcılarının- müəllimlərimizin günüdür- Beynəlxalq Müəllimlər Günü.
Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.
Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Məhz müəllimlərin, onların əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, aydın fikirli, müasir düşüncəli, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu cür insanların sayəsində isə cəmiyyət inkişaf edir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub şübhəsiz.
Daim müəllim adını uca tutan, onun əməyini yüksək qiymətləndirən, “özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”-deyən Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında müəllim haqqında həmişə xoş sözlər söyləyib. Onun tez-tez öz müəllimlərini də minnətdarlıqla xatırlaması, onların xidmətləri haqqında ürəkdolusu danışması cəmiyyətimiz üçün müəllimə verilən dəyərin əsl örnəyidir. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Bir zamanlar özü də pedaqoji fəaliyyətlə məşğul olan ölkə Prezidenti cənab İlham Əliyev də bu gün atasının miras qoyduğu siyasi irsi inamla davam etdirir, müəllimlərə hörmət və qayğı ilə yanaşır, onların rifah halının yaxşılaşdırılmasına çalışır. Onun müəllim adına və fəaliyyətinə verdiyi dəyər bu cümlədən aydın şəkildə görünür: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.
Henri Bruks Adams deyirdi ki, bir müəllim əbədiyyətə hökm edən insandır. Bu gün məhz həmin hökmranların günüdür. 5 oktyabr bütün ömrünü elmə, öyrətməyə, öyrənməyə həsr edən, cəmiyyətimizə yararlı vətəndaşlar yetişdirmək üçün qara saçlarını ağardan müəllimlərimizə 365 gün içərisindəki bir günlük minnətdarlığımızdır. Təəssüf ki, bəzən bu gün cəmiyyətdə müxtəlif müzakirələrə, fərqli fikirlərə səbəb olur. Lakin kimin nə düşünüb, nə danışmağından asılı olmayaraq, bu barədə ən doğru fikri əsrlər öncə dahi filosof Sokrat demişdi: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.
Gününüz mübarək, əbədiyyətə hökm edənlər!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxGündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37

