ICESCO Beynəlxalq Savadlılıq Günü münasibətilə müraciət yayıb
09.09.2024 [10:32]
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il sentyabrın 8-də qeyd olunan Beynəlxalq Savadlılıq Günü münasibətilə təşkilata üzv ölkələrin ictimaiyyətinə müraciət edib.
Yeniazerbaycan.com xəbər verir ki, müraciətin mətində deyilir: “Bu il “Çoxdilli təhsilin təşviqi: Qarşılıqlı anlaşma və sülh üçün savadlılıq” mövzusunda qeyd edilən bu əlamətdar gündə qarşılıqlı anlaşma və sülhü təşviq etmək üçün savadlılığın təşviqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və onun faydalarının maksimum dərəcədə artırılması istiqamətində səylərin gücləndirilməsinin zəruri olduğunu vurğulayırıq. ICESCO, həmçinin bu fenomeni aradan qaldırmaq üçün savadsızlığın səbəblərini ləğv etmək məqsədilə profilaktik və proaktiv metodların qəbul edilməsinin vacibliyini qeyd edir”.
Müraciətdə bildirilir ki, hamı üçün savadlılığın, inklüziv və bərabərhüquqlu təhsilin dəstəklənməsinin vacibliyinə inanan ICESCO öz missiyası və strateji baxışının bir hissəsi kimi savadsızlıqla mübarizə haqqında məlumatlılığı artırmaqla və marginallaşmış, ən yoxsul kateqoriyalara diqqət yetirməklə insan təhsilə insan haqlarının mühüm bir hissəsi qismində diqqət yetirir. Bu, xüsusilə qızlar və qadınlarla bağlıdır. Təşkilat, həmçinin daha keyfiyyətli açıq və pulsuz təhsil resursları təqdim etməklə yanaşı, kifayət qədər maliyyə resurslarının səfərbər edilməsi və bu sahəyə ayrılan investisiyaların artırılmasının vacibliyini vurğulayır”.
Təşkilat daha sonra qeyd edir: “İnsan inkişafının təşviqində təhsilin mühüm rolunu dərk edərək, ICESCO üzv dövlətlərdə savadlılıq proqramlarının dəstəklənməsini əsas prioritet hesab edir. Bu sahədə əldə edilən irəliləyişlər yetərli olmadığından, məqsədə çatmaq üçün daha böyük səylər və beynəlxalq əməkdaşlıq tələb olunur ki, bu da 765 milyon savadsız gəncin və yetkinlərin mövcudluğu ilə özünü göstərir. Onların üçdə ikisi qızlar və qadınlardır. Savadlılıq proqramlarına çıxışda bərabərsizliklərin yayılması və yoxsulların, ən ehtiyacı olan və həssas qrupların zəif iştirakı da qeyd olunmalıdır”.
Müraciətin sonunda deyilir: “Texnologiyanın sürətlə inkişaf etdiyi bir şəraitdə və fərqli mədəniyyətlər fonunda inkişaf edən dünyamızda fərdləri çoxdilli, ana dilinə əsaslanan təhsil yanaşması ilə təchiz etmək həmişəkindən daha vacibdir. Bu yanaşma savadlılıq bacarıqlarının artırılmasında, qarşılıqlı anlaşmanın və mədəni müxtəlifliyə hörmətin təşviq edilməsində, daha ədalətli və dinc cəmiyyətlərin qurulmasına yönəlmiş səylərin dəstəklənməsində və insanlara davamlı təhsil üçün geniş perspektivlərin təmin edilməsində mühüm rol oynayır”.
Xəbər lenti
Hamısına baxGündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50

