DİN: “Instagram” və “Telegram”-da narkotiklərin satışını həyata keçirən 148 səhifə bağlanıb
05.08.2024 [14:04]
“Instagram” və “Telegram”-da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, son dövrlər müasir texnologiyaların sürətli inkişafı ilə bir sıra cinayətlərin ənənəvi üsullarla deyil, yeni texnoloji vasitələrdən istifadə olunmaqla törədilməsinə rast gəlinir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən transmilli şəbəkələrin cinayətkar fəaliyyətlərini kiberməkana keçirdiyi müşahidə olunmaqdadır.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır. Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar.
Aşkar olunan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17

