Ağcaqanadı qovur, insanı isə...
23.07.2024 [11:05]
Həşəratlara qarşı dərmanların bilmədiyimiz ziyanları
Yay fəslinin ən çox istifadə edilən vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır. Bu günə kimi məişətdə xüsusi olaraq ağcaqanadlara qarşı bir neçə sınanmış vasitə tətbiq olunsa da, etiraf etməliyik ki, onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.
Ağcaqanad dərmanları müxtəlif formada olur. Son illər daha çox elektriklə işləyən adapter şəkilli aparatlardan istifadə olunur. Bu aparatlar da ya tablet şəkilli, ya mayeşəkilli dərmanla işlənənlərdir. Bir də xüsusi ağcaqanad qaçıran losyonlar, kremlər də dəbə minib.
Ağcaqanadla birgə uyuşan beynimiz...
Dərmanların nəticəsinin effektiv olması onların tərkibinə qatılan kimyəvi maddələrin bolluğundan asılıdır. Ağcaqanad dərmanlarının tərkibində daha çox “deet” (dietolyamid, ya da əsil adı diethyl meta-tolamide) və permetrin adlı kimyəvi maddələr var. “Deet” adlı maddə 1953-cü ildə kəşf olunmuş maddədir, bu maddə demək olar ki, həşəratlar əleyhinə istehsal edilən məhsulların tərkibində var. Bir müddət əvvəl fransalı Bruno Laped adlı alim bu maddənin insan beyni hüceyrəlinə məhfi təsiri barədə araşdırmasını ortaya qoydu. Nevrotoksik təsirə malik maddə sinir sistemini tədricən dağıtmaq gücünə malikdir.
İstifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir?
Evdə körpə uşaq varsa...
Mövzu ilə bağlı sualımızı cavablandıran həkim-terapevt Mələk Zeynalova bildirib ki, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərli təsir göstərmir: “Amma əgər evdə körpə uşaq varsa, məsləhətdir ki, bu dərmanlardan mümkün qədər istifadə olunmasın. Çünki körpə uşaqların immun sistemi möhkəmlənməyib. Bu dərmanlar uşaqlarda ürəkbulanma, başgicəllənmə, qusmaya səbəb ola bilər. Böyüklərdə immun sistemi güclü olduğuna görə bu dərmanlar zərərli hesab olunmur. Allergiyası olan şəxslər də bu dərmanlardan istifadə edərkən ehtiyalı olmalıdırlar. Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər”.
Uşaq yatmazdan 3-4 saat əvvəl...
M.Zeynalova qeyd edib ki, həşərat əleyhinə olan dərmanların kimyəvi tərkibi tam müəyyən olunmayıb. Ona görə də bütün ehtimalları nəzərə alıb mütləq özümüzü qorumalıyıq: “Valideynlərə məsləhətim odur ki, uşaqların otağında bu dərmanlardan qətiyyən istifadə etməsinlər. Çox vacib olduqda isə yaxşı olar ki, həmin dərmanlar uşaq yatmazdan 3-4 saat əvvəl istifadə edilsin. Bir şeyi də nəzərə almaq lazımdır ki, dərman istifadə olunan zaman uşaqlar otaqda olmamalıdırlar. Ümumiyyətlə, məsləhətdir ki, dərman enerjidə taxılı olarkən otaqda heç kim olmasın. Çünki bu dərmanların həm də bakteriativ təsiri var”.
Sinir sisteminə mənfi təsir göstərir...
Həkimin sözlərinə görə, ağcaqanad dərmanlarının tərkibində toksiki maddələr daha çoxdur: “Xüsusən də tüstü şəklində yandırılan dərmanlarda toksiklik dərəcəsi yüksək olur. Onların tərkibində xüsusi maddələr var ki, həmin maddələr insanın daha çox sinir sisteminə mənfi təsir göstərir. Həşərat dərmanlarından zəhərlənmə zamanı ürəkbulanma, mədə ağrıları, halsızlıq, iştahasızlıq, müxtəlif dəri səpkiləri müşahidə olunur. Dərmanlar sinir sisteminə toksiki təsir göstərdikdə isə yuxululuq və yaxud da ayıqlıq baş verir. Bundan başqa, zəhərlənən insanın orqanizmində əzələ ağrıları da yaranır. Bəzən ağır reaksiyalar hətta qıcolmaya qədər gətirib çıxara bilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10

