Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aran rayonlarında 36 dərəcə isti olub - Faktiki hava

Aran rayonlarında 36 dərəcə isti olub - Faktiki hava

15.07.2024 [10:04]

İyulun 15-i saat 9:00-a olan hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31