Bahalaşan taksi qiymətləri...
06.06.2024 [11:08]
50-60 faiz qiymət artımı var
Hansı tədbirlər görülməlidir?
Taksi qiymətləri günü-gündən bahalaşmağa doğru gedir. Xüsusilə son günlər yaxın məsafələrə olan gedişlərin qiymətində artım müşahidə edirik. Belə ki, əvvəllər 3 manata gedilən yolun qiyməti hazırda 4 manat 50 qəpiyə qədər yüksəlib.
Məlumdur ki, bir müddət öncə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşdi. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı da qəbul olundu. İyulun 1-dən etibarən istehsal ili 15-i keçən maşınlar taksi fəaliyyəti üçün yararsız hesab olunacaqlar. Lakin iyulun 1-dən taksilərlə bağlı tətbiq ediləcək qərarlar indidən özünü qiymətlərdə göstərməyə başlayıb. Artıq son günlər paytaxtda taksilərin sayında da kəskin azalma müşahidə edilir.
Yeni qərarla bağlı xatırlatma...
Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı qərarında müxtəlif meyarlar əks olunmuşdu.
1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.
2. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.
3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.
4. Taksilərin salonunda videokameralar olmalıdır.
5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.
6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.
Nəticə: Avtomobillər yoxa çıxıb...
Qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarından sonra bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb. Bu sadalananlar taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasına səbəb olmaqdadır. Nəticədə bazarda tələb-təklif amili bu bahalaşmaya zəmin yaradıb.
Bəzi mütəxəssislər yeni qərarın taksi parkında avtomobillərin sayının daha da azalacağını, qiymətlərin yenə artacağını düşünürlər.
Tələb olunan şəhadətnamə nədir?
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir.
Təlim 4 gün keçirilir, 5-ci gün sürücülər imtahan verir. Bu təlimi keçməyən sürücülər digər bütün göstəricilərə uyğun gəlsələr də, taksi fəaliyyəti üçün buraxılış kartı ala bilməzlər. Təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.
Buraxılış vəsiqəsi, buraxılış kartı...
Nazirlər Kabinetinin qərarına əsasən, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bütün bunlarla birgə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin minimum xərci 226 manat olacaq.
Sürücülər yeni avtomobil almalıdır...
Yuxarıda qeyd etdiklərimiz sənədləşmə xərcləridir, daha böyük xərc isə təzə maşın almaq üçün tələb olunur. Mövzunu “Yeni Azərbaycan”a şərh edən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb: “Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli şəkildə tətbiq ediləcək. Ona görə də taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən yeni avtomobildən istifadə tələbi qoyulduğundan onlar məcburi də olsa yeni avtomobil almalı olacaqlar. Həmin avtomobillər isə bahadır. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəməyəcək. Taksi operatorları isə sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır”.
İctimai nəqliyyat qaydasında deyil...
E.Muradlı qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında deyil: “Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Bu proseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etmək olardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyəti ilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrində tətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədə fəaliyyət göstərir və çeşidləri çoxdur”.
Bu dərəcədə qiymət artımı olmamalıdır...
Ekspertin sözlərinə görə, qiymətləri taksi şirkətləri müəyyən edir: “Dövlət qurumları taksi qiymətlərinin müəyyənləşdirilməsi ilə məşğul olmurlar. Taksi operatorları qiyməti qaldıranda bununla bağlı heç sürücüylə məsləhətləşmirlər. Əslində, bu dərəcədə qiymət artımı müşahidə edilməməlidir. Qiymətlərin 50-60 faiz artması düzgün deyil”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

