İnsan alverinə qarşı mübarizə...
18.05.2024 [10:56]
Milli koordinatorun illik hesabatı təqdim olundu
Yeganə BAYRAMOVA
Dünən Milli Məclisin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası baş tutub. İclasın gündəliyinə bir məsələ - İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatının müzakirəsi daxil edilib.
Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Samir Zeynalov və ölkəmizdə fəaliyyət göstərən bəzi QHT rəhbərləri iştirak ediblər.
Xarici ölkələrdə cinsi istismara məruz qalanlar
İllik hesabatda qeyd olunan məlumata görə, ötən il 89 nəfər Azərbaycan vətəndaşı Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyn Krallığında, Qətərdə, İranda və İraqda cinsi istismara məruz qalıb. Hesabatda bildirilir ki, sosial şəbəkələr vasitəsilə törədilmiş 20 fakt üzrə fahişəliyə cəlbetmə maddəsi ilə 2 cinayət işi başlanılıb.
12 nəfər İnterpol xətti ilə axtarışa verilib
Eyni zamanda hesabatda bildirilib ki, insan alveri cinayətini törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol xətti ilə axtarışı davam etdirilir. Beynəlxalq axtarışda olan şəxslərin 9-nun Türkiyədə gizləndiyi ehtimal olunur. Bunlardan 3-nün isə Pakistan, BƏƏ, Rusiyada sığınacaq tapdığı bildirilir.
Ötən il 91 nəfər qurban olub
2023-cü ildə Azərbaycanda 91 nəfərin insan alveri??? qurbanı olduğuna dair məlumatlar hesabatda əksini tapıb. Belə ki, 2005-2023-cü illər ərzində insan alveri cinayətlərinə görə 636 nəfər məsuliyyətə cəlb edilib, onlardan 95-i kişi, 541-i isə qadındır.
İşlər mütəmadi davam etdirilir
Hesabatın təqdimatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov insan alverinə qarşı mübarizə istiqamətində işlərin mütəmadi davam etdirildiyini bildirib: “İnsan alveri cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi hesabat ilində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox olub. Hesabat ilində 16 cinayət hadisəsi qeydə alınıb və 18 nəfər məsuliyyətə cəlb edilib”.
98 nəfərə 5300 manat yardım edilib
H.Aslanov həmçinin insan alverinin qurbanı olan 98 nəfərə 5300 manat məbləğində yardım edildiyini diqqətə çatdı?ıb. İnsan alverinə qarşı mübarizə istiqamətində aparılan tədbirlərdən danışan general bu istiqamətdə QHT-lərlə işlərin əhəmiyyətini qeyd edib. Mübarizə istiqamətində QHT-lərlə bərabər 11 layihənin uğurla həyata keçirildiyini vurğulayıb.
Son 20 ildə Azərbaycanda...
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, son 20 ildə insan alveri ilə bağlı 2326 cinayət hadisəsi qeydə alınıb. Qurbanların ümumi sayı 1350 nəfərdir.
Komitə sədri, həmçinin bildirib ki, əmək müqaviləsi olmadan 47 şəxsi işə cəlb etdiyi üçün 13 işəgötürənə 123 min manat cərimə tətbiq olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

