Aliment Fondu: Təklif var, mexanizm yox...
10.05.2024 [10:50]
Bir neçə müddətdir ki, ölkəmizdə Aliment Fondunun yaradılması məsələsi müzakirə edilir. Zaman-zaman bu məsələ ilə razılaşanlar və bunu qəbul etməyənlər olub. Amma əksəriyyət hesab edir ki, Aliment Fondunun yaradılması boşandıqdan sonra keçmiş həyat yoldaşına aliment ala bilməyən qadınlar üçün çıxış yolu olacaq. Belə ki, qadın, uşağı üçün alimenti dövlətdən alacaq. Fond üçün vəsait isə boşanıb uşaqlarına aliment verməkdən boyun qaçıran, işsizliyi bəhanə edən kişilərdən toplanacaq. Aliment verməyib işsizliyi bəhanə edən kişi, müxtəlif işlərə yönləndiriləcək.
Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılmışdı. Parlament üzvləri də Aliment Fondunun yaradılmasını təklif etmişdilər. Aliment Fondunun Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi təklif edilirdi. Fondun yaradılması üçün maliyyə tələb olunduğundan bu günədək öz həllini tapmayıb. Təəssüf ki, Aliment Fondunun yaradılması təklif olaraq qaldı.
Statistik göstəricilər...
Azərbaycanda aliment verməkdən yayınanların statistikası açıqlanıb. Ölkədə bir il ərzində aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsinə dair rəsmi statistikadan aydın olur ki, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Nəticədə aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib.
Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb. Rəsmi statistikaya görə, ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.
Aliment Fondunun yaradılması niyə ləngiyir?
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Aliment Fondunun yaradılması daxili qanunvericilik prosesidir: “Hazırda Fondun yaradılması ilə bağlı təkliflərə Parlametin Ailə, qadın və uşaq məsələləri komitəsində baxılır və prosesləri bu komitə nəzərdə keçirir.
Dövlət Komitəsi tərəfindən isə inkişaf etmiş ölkələrdə, xüsusilə Skandinaviya ölkələrində Aliment Fondu kimi sistem yaradılması təklif edilmişdi. Hansı ki, bu s?stem boşanma prosesində uşaqların maraqlarının qorunmasına yönəlib. Uşaqların hüquqlarının və maraqlarının qorunmasına yönələn maddi dəstəyin göstərilməsini hökumət öhdəlik olaraq üzərinə götürür. Beləliklə, Fondun yaradılmasında məqsəd alimentin verilməsi ilə bağlı gələcəkdə hansı qərar olacaqsa, meyarlar müəyyənləşdirilir ki, dövlət tərəfindən uşağın hüquqlarının qorunması və ona sosial dəstəyin göstərilməsi həyata keçirilsin. Təəssüf ki, bəzi hallarda sui-istifadə halları olur, bəzi valideynlər aliment verməkdən boyun qaçırırlar. Norveç və İsveçdə belə şəxslər məcburi işlərə cəlb edilirlər. Həmin vəsait birbaşa uşağın hesabına köçürülür. Bu baxımdan Aliment Fondu olduqca yaxşı bir sistemdir və uşaqların marağını qoruyur”.
E.Səfərov qeyd edib ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyası və Qadınlara qarşı ayrı-seçkiliklər üzrə Konvensiyasının üzvüdür: “Həmin konvensiyaların müddəalarında da uşaq hüquqlarının qorunması əsas amil kimi göstərilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Aliment Fonunun yaradılması dəstəklənir. Ümumiyyətlə, Aliment Fondunun mexanizm kimi formalaşdırılması, eyni zamanda müvafiq işlərin görülməsi, məsələn, aliment ödəməyən şəxslərin hansısa işlərə cəlb olunması Komitə tərəfindən hər zaman müsbət qarşılanıb. Ona görə də bu işlərin görülməsi üçün hökumət öhdəlikləri qismən üzərinə götürür və məhkəmə qərarı əsasında sui-istifadə edən şəxslərin alimenti ödəməsi tezləşdirilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41

