/ / Krans Montana Forumu çərçivəsində Bakıda "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas keçirilib
Krans Montana Forumu çərçivəsində Bakıda "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas keçirilib
30.06.2012 [17:52]
Dünən Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak edib.
AzərTAc xəbər verir ki, iclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim edib.
O bildirib ki, forumun ən ali mükafatı olan “Prix de la Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.
“Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır”, - deyən Jan Pol Karteron bildirib ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalıb. İndi bu böyük insanın adını daşıyan Fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışıb, Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərin yüksək səviyyədə həyata keçirilməsində onun yaxından iştirak etdiyini vurğulayıb.
Sonra mükafatlandırma mərasimi olub.
Krans Montana Forumunun ən ali mükafatı - “Prix de la Fondation” Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edilib. Təltif olunmasına görə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Mən Krans Montana Forumunun prezidentinə təşəkkürümü bildirmək istərdim. Bu qərarı qəbul edənlərin hamısına təşəkkürümü bildirmək istərdim. Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin, mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm. çox sağ olun”.
Eyni mükafat Beynəlxalq İnkişaf, Siyasi və İnsan Hüquqları Təşkilatının baş məsləhətçisi, Liviyadan olan xanım Fəridə Allagiyə də verilib.
Fəridə Allagi də çıxışında mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib.
Sonra “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas işə başlayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda çıxış edib. Mehriban xanım Əliyeva deyib ki, qadınlar uzun müddət tarixdə öz haqları uğrunda mübarizə aparıblar: “Məsələn, 1983-cü ildə Hollandiyada qadınların hərəkatı hamının yadındadır. Bundan başqa, Şərqdə ilk dəfə səsvermə hüququnun qadınlar tərəfindən qazanıldığı hamının gözəl yadındadır. Həmçinin qadınlar get-gedə dövlət dairələrində daha yüksək yerlər tuturlar”.
“Bugünkü tədbirimiz kimi tədbirlər həm qadınların rastlaşdığı problemlərin müzakirəsinə, eyni zamanda, təcrübələrimizi bölüşməyə, bir-birimizdən öyrənməyə, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların qadınların hüquqlarının təşviqi işinə cəlb olunmasına imkan yaradır” - deyən, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva vurğulayıb ki, Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılıb: “Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir”.
“Qadınlar kişilərlə bərabər hüquqludur, bəzi hallarda isə onlardan üstündür”, - deyən CNN telekanalının keçmiş aparıcısı Larri Kinq mühüm əhəmiyyət daşıyan iclasın işinə uğurlar arzulayıb. Nigerin birinci xanımı Aissata İssufu Mahamadu Azərbaycan Prezidentinə və onun xanımına bu cür yüksək səviyyəli forumun təşkil olunmasına görə minnətdarlığını çatdırıb. Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın birinci xanımı Maya İvanova da forumda iştirak üçün dəvətə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. Monteneqronun birinci xanımı Svetlana Vuyanoviç qeyd edib ki, qadın hüquqlarının pozulması ilə bağlı mövcud stereotiplərə son qoyulmalı, gender bərabərliyi demokratik cəmiyyətlərin əsas atributuna çevrilməlidir.
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ölkəsində qadınlarla bağlı həyata keçirilən layihələrdən danışıb.
Keniya Baş nazirinin xanımı İda Odinqa ölkəsində qadınlara daha geniş səlahiyyətlərin verilməsi, onların seçkilərdə təmsil olunması ilə bağlı tədbirlərin görüldüyünü deyib. Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasania ölkəsində gender problemləri sahəsində qəbul olunmuş qanunlardan danışıb.
İtaliyanın Mediterraneo Fondunun təsisçisi və sədri Mişel Kapasso bu forumda aparılan müzakirələr nəticəsində səmərəli irəliləyişlərə nail olunacağına əminliyini bildirib.
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınların hüquqlarının reallaşdırılması üçün geniş imkanların açıldığını, mühüm qanunların qəbul edildiyini diqqətə çatdırıb.
Finlandiyanın Beynəlxalq Qadınlar Şurasının sədri xanım Laura Finne-Elonen rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib.
Digər qonaqlar da çıxışlarında dünyada qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkiblər.
Plenar iclasa yekun vuran İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri belə gözəl tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını çatdırıb.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan yüksək vəzifəli qonaqların şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

