Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb

30.06.2012 [17:52]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dünən Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun 30 illiyi münasibətilə təsis olunan xatirə medalını İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Əbdüləziz bin Osman əl-Tüveycri yenidən Bakıya səfərindən məmnunluğunu qeyd edərək Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31