"Yaxşı Cazibə"nin finalı xanım jurnalistlərimizin ciddi etirazına səbəb olub
21.06.2012 [01:27]
Qeyd edək ki, sözügedən məsələ Azərbaycanın xanım jurnalistləri arasında da ciddi etiraza səbəb olub. Məsələn, “üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı baş verənlərə təəssüfləndiyini bildirib: “Təəssüf ki, Rusiyada səfərdə olduğum üçün filmin final bölümünü izləməmişəm. Amma mətbuatı izləyirəm və baş verənlərdən xəbərdaram. Düzü, olanlardan çox üzüldüm. Fikrimcə, filmin sonunda Azərbaycan qadınının bu şəkildə təqdimatı bütün qadınlarımıza qarşı təhqirdir. ümid edirəm ki, filmin yaradıcı heyəti və bu məsələdə günahı olanlar Azərbaycan xalqından üzr istəyəcək. Təəssüf ki, bizim özümüzə qardaş sandığımız türkiyəli qardaşlarımız Azərbaycan qadınını bu şəkildə təqdim edib. Şəxsən mən bu məsələyə görə əsəb keçirirəm. Xatırlayırsınızsa, bir dəfə də buna bənzər belə bir məsələ olmuşdu. Bir dəfə də Azərbaycan qadınını belə təqdim etməyə cəhd göstərmişdilər. Hər halda gözləyirəm ki, məsuliyyət daşıyanlar üzr istəyəcəklər”.
ümumiyyətlə, serialları izləmək marağı olmayan və hadisə barədə sosial səhifələrdən məlumatlı olan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova da baş verənlərə çox üzüldüyünü deyib: “Baş verənlərə çox üzüldüm. Filmi yayımlayan ATV kanalının belə bir addımı onların daxili siyasəti olsa da, bu, Azərbaycan xalqını çox əsəbləşdirib. Amma bu məsələyə bir az daha qlobal yanaşmaq lazımdır. Nəzərə almalıyıq ki, hər zaman Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə xələl gətirmək istəyən qüvvələr olub. Biz hələ dəqiq bilmirik ki, həmin qüvvələrin bu məsələdə də əli varmı? Bununla belə biz ATV kanalının rəhbərliyinin Azərbaycan vətəndaşlarından üzr istəməsini tələb etməliyik. Məncə, hər bir ziyalı, hər bir kəs ATV kanalının Azərbaycan xalqından üzr istəməsini tələb etməlidir”.
APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə isə Türkiyə-Azərbaycan münasibətləri çox dərin köklərə malikdir: “Dünyanın ən qatı rejimi-Sovet İttifaqı kimi bir rejim bu münasibətlərə xələl gətirməyi bacarmayıbsa, kimsə buna nail ola bilməz. Hətta 70 il anti-Türkiyə təbliğatı aparılıb. Amma bu təbliğat bir işə yaramayıb, qardaş bağlarını qıra bilməyib. Bu baxımdan bu cür kiçik hadisələrlə Türkiyə-Azərbaycan münasibətlərinə qiymət verilməsi məncə tamamilə yanlışdır. Bu kifayət qədər diletant səviyyədə olan bir filmdir. Görünür ki, bunu çəkən rejissor yalnız biznes maraqlarını düşünüb və çox bəsit bir süjet xəttinə malik bir serial ərsəyə gətirib. Filmin onlarla seriyasında bir qəhrəmanı müsbət obraz kimi verib, sonda bu qəhrəmanı mənfi obraza çevirən rejissorun səviyyəsi ortadadır. Amma bununla belə insanlarımızın da emosiyalarını anlayıram. O da maraqlıdır ki, türklərin heç bir filmində onlara qarşı hər zaman fitnə-fəsad törədən ermənilərin bir pis obrazı yoxdur. Bununla belə, nəzərə alaq ki, bu nə Türkiyənin, nə də türk xalqının mövqeyidir. Türk xalqı hər zaman Azərbaycana, Azərbaycan xalqına sevgi və sayğıyla davranıb, münasibət göstərib”.
“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da ssenaristin bu addımını qəti şəkildə pisləyib: “Hələ bir müddət öncə bu filmlə bağlı bir müzakirə olmuşdu və Azərbaycan ictimaiyyəti ona qarşı etiraz etmişdi. çünki orada Azərbaycan qadınına xas olmayan davranışlar ortaya qoymuşdular. Amma görürük ki, məsələ fərqli məcrada inkişaf edir. Son illərdə türkiyəli kişilər gəlib Azərbaycanda evlənirlər. Onlarla ailə quran əksər xanımlarımız da ziyalı olanlardı. Əgər Azərbaycan qadını onların bu ssenarisindəki kimidirsə, niyə türkiyəli kişilər azərbaycanlı xanımlarla ailə qurmağa can atırlar?!
Düşünürəm ki, bu türk xalqının mövqeyi, düşüncəsi deyil. Bu, sadəcə ssenaristin qurduğu bir filmdir. Mən inanmıram ki, son anda ssenari bu qədər dəyişib. Təbii ki, obrazlar bəzən mənfi, bəzən müsbət olur. Məhz Azərbaycan qadınını belə formada təqdim etmək isə düz deyildi və bu bağışlanmazdır. Yəni, bəziləri deyir ki, bu filmdir, ciddiyə alınmasın. Lakin bu yanlış mövqedir. Qoy elə rejissor bu filmi yaxşı sonluqla bitirəydi. Hətta ssenari dəyişmək məcburiyyətində qalıblarsa belə, bunu niyə bu formada dəyişiblər? Axı burada söhbət Azərbaycan qadınından gedir”.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə hesab edir ki, hansısa prodakşn şirkətin hər hansı bir aktrisa ilə müqavilə bağlayıb-bağlamaması nəticəsində belə bir hadisə baş verib: “Bu prodakşn şirkətinin daxili siyasətidir. Ona görə də, bu məsələ ilə bağlı eyni millət və iki dövlət arasında gərginlik yaratmaq, ümumiyyətlə, lazım deyil!”.
“Səs” qəzetinin şöbə müdiri Rəfiqə Kamalqızının sözlərinə görə, sözügedən serialın xoşagəlməz sonluğu onu da təəssüfləndirib: “Hər halda nə qədər bəsit olduğunu düşünsək də geniş auditoriyaya hesablanan belə seriallar ictimai fikrə təsiretmə mexanizmlərinə malikdir. Bu ssenaristin və rejissorun, eləcə də, belə bir serialı yayımlamaqdan imtina etməyən kanal rəhbərliyinin məsuliyyətidir. Bunu bütün türk xalqının adından demək olmaz. Lakin buna görə məsuliyyət daşıyan olan hər bir şəxsi qınayıram”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16

