Hillari Klinton dağıdıcı müxalifətin arzusunu ürəyində qoydu
07.06.2012 [01:00]
Dünən ABŞ-ın dövlət katibi xanım Hillari Klinton Azərbaycanda səfərdə oldu. Dövlət katibi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb. Görüşdə ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klinton isə yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşmələrdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun çikaqo sammitində iştirakının önəmini də vurğulayıb.
ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayıb. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib.
ABŞ-ın dövlət katibi, həmçinin, ölkəmizin rəsmi şəxslərilə də görüşlər keçirib. Bu görüşlərdə isə Azərbaycan-ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib. Eyni zamanda, xanım Klinton Azərbaycan və ABŞ cəmiyyətlərini düşündürən suallara da cavab verib.
Bununla yanaşı, ABŞ-ın dövlət katibi xanım Hillari Klinton səfər zamanı Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransda da iştirak edib. Lakin xanım Hillari Klinton dağıdıcı müxalifətin ciddi cəhdlərinə baxmayaraq, onlarla görüşməyib.
Məlumat üçün bildirək ki, hələ “Eurovision-2012” yarışması ərəfəsində “İctimai Palata” adlanan qurumda birləşmiş dağıdıcı müxalifət başçıları ölkəmizə səfərə gəlmiş xarici jurnalistlərlə, xarici anti-Azərbaycan dairələrin nümayəndələri ilə, habelə bəzi ölkələrin və beynəlxalq təşkilatların 5-ci, 10-cu dərəcəli təmsilçiləri ilə görüşürdülər. Görüşlərilə bağlı qəzetlərinin səhifələrində böyük materiallar dərc edirdilər və bunu da özləri üçün ciddi uğur hesab edirdilər. Bu baxımdan da, dağıdıcı müxalifət başçıları “perspektiv” nəticələr çıxararaq, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduqlarını zənn edirdilər və hesab edirdilər ki, Azərbaycana səfər edən hər bir rəsmi şəxs mütləq şəkildə onun təmsilçiləri ilə də görüşməlidir. Bu mənada da fikirləşirdilər ki, ABŞ-ın dövlət katibi Hillari Klinton onlarla da görüşəcək. Hətta, müxalifət qəzetləri tapşırıq əsasında Azərbaycana səfər etməsi nəzərdə tutulan ABŞ-ın dövlət katibi Hillari Klintonun müxalifət partiyalarının rəhbərləri ilə görüşüb-görüşməyəcəyi məsələsini geniş müzakirə edirdi. Müxalifət funksionerləri görüşün lehinə müxtəlif arqumentlər səsləndirirdilər və sanki razılaşdırılmış görüşə hazırlıq işləri aparırdılar. Amma düşünmürlər ki, onları dünyada hansı səviyyədə və necə qəbul edirlər.
Beləliklə də, baş verənlər dağıdıcı müxalifətin əsil simasını ortaya qoydu və onların ciddi qüvvə kimi qəbul edilmədiklərini isbatladı. Məhz, ABŞ-ın dövlət katibinin dağıdıcı müxalifətlə görüşməməsi onlara layiq olduqları qiymətin verilməsi demək idi. Bu hal bir daha sübut edir ki, heç bir ciddi siyasi fiqur belə dağıdıcı, məqsədi, məramı bilinməyən, qeyri-ciddi qüvvələrlə təmas qurmaq istəmir.
Qeyd edək ki, Hillari Klinton regiona səfəri çərçivəsində Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşmüşdü. Lakin xanım Klinton Azərbaycandakı dağıdıcı müxalifət başçılarının arzusunu ürəyində qoydu və onlarla görüşmədi. Bu fakt isə sübut edir ki, radikal müxalifət Azərbaycan cəmiyyətində real sosial bazaya malik qüvvə deyil və sosiumu təmsil etmir. Bir daha anlaşıldı ki, dağıdıcı müxalifət nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda ciddi qəbul olunur.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11

