4 iyun hadisələrindən 19 il ötdü
05.06.2012 [00:17]
4 iyun 1993-cü il Gəncə hadisələrindən 19 il ötür. Hər bir ölkənin tarixində dönüş nöqtəsi sayıla biləcək, olumla ölüm arasında yaşanan anlar mövcuddur. Məhz belə məqamlarda xalqın qəbul etdiyi doğru qərar, düzgün nəticəyə gətirib çıxaracaq addım həm millətin, həm də dövlətin gələcəyini müəyyənləşdirir.
AXC-Müsavat hakimiyyəti Azərbaycanı fəlakətə sürüklədi
Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varlığına Rusiya imperiyasının işğalı son qoydusa, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi həm xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı. SSRİ-nin dağılması ilə çətin iqtisadi-siyasi vəziyyət yaranmışdı, ölkə başdan-başa idarəsizliyin əsirinə çevrilmişdi. Bu azmış kimi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi xalqımızı növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı... 1992-ci ildə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi addımbaşı öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bu nəticələrin sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşırdı, fərarilik halları getdikcə artırdı, silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmurdu, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafenin girovuna çevrilirdi. Siyasi fəaliyyətin mürəkkəbliyindən xəbərsiz, dövlətçiliyin, dövləti yaşatmağın nə qədər çətin olduğunu dərk etməyən, universitet auditoriyalarından yenicə ayaqları kəsilmiş səriştəsiz, bacarıqsız siyasətçilərin cəhdlərinin uğursuz olacağı elə ilk aylardan bəlli idi. Hakimiyyətə gəldikləri 1992-ci ilin may ayından sonra hər addımları nöqsanlı, hər çıxışları qüsurlu olan AXC-Müsavat komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi.
Sovetlərin dağılmasından sonra düzəni pozulmuş dövlətin yeni düzəndə irəliləməsi üçün proqramlar, layihələrə və hər şeydən önəmlisi düşünən beyinlərə ehtiyacı var idi. Amma bu “beyinlər” dövlət üçün düşünmürdülər. Prezident Aparatı dövlətin idarə olunduğu ünvan olmaqdan çıxıb, şəxsi mübahisələrin, dava-dalaşların qaynaq nöqtəsinə çevrilmişdi. Bunun fonunda ölkədə bütün istiqamətləri əhatə edən dərin böhran davam edirdi. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. ölkənin borcları durmadan artır, vətəndaşların əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü. Bahalaşma, aclıq baş alıb gedirdi...
Hakimiyyətdaxili qruplaşmaların mübarizəsi vətəndaş müharibəsinə yol açırdı
Bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Düşmənlərin əsas hədəfi isə Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. 1992-ci il mayın 15-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görünürdü və bu qruplaşmaların mübarizəsi artıq silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Problemlər məngənəsində sıxılan Azərbaycan dövləti növbəti dəfə parçalanmaq qorxusu altında idi. Artıq ölkənin bir sıra ərazilərində-Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə çətin bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən, Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə pisliyə doğru dəyişirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu.
Hadisənin əsas səbəbkarları İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn kimi şəxslərdir
Həqiqətən də, o dövrdə baş verənlər ölkəni vətəndaş müharibəsinə aparırdı və tökülən qanlar bunu deməyə əsas verir. Hazırda müxalifətdə olan o zamankı hakimiyyət təmsilçiləri müxtəlif iddialarla çıxış edirlər. 4 iyun hadisələrindən keçən 19 il ərzində bu məsələ ilə bağlı xeyli araşdırmalar aparılıb, mövqelər ortaya qoyulub. Araşdırmalar nəticəsində təsdiq edilir ki, həmin hadisənin səbəbkarları AXC-Müsavat hakimiyyətinin rəhbərliyində olan İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn kimi şəxslərdir. Həmin hadisələr zamanı ölkənin daxili işlər naziri Abdulla Allahverdiyev də o vaxt parlamentdə çıxışı zamanı Gəncədəki hərbi hissəyə hücuma məhz onun kabinetində Ali Sovetin sədri İsa Qəmbər və baş nazir Pənah Hüseyn tərəfindən əmr verildiyini etiraf edib. Bu faktlar göstərir ki, Azərbaycanda vətəndaş qarşıdurmasına rəvac verən məhz həmin şəxslərdir. Qəribədir ki, özlərinin “milli qəhrəman” elan etdikləri Surət Hüseynovla şəxsi münasibətlər zəminində günahsız insanların qətlə yetirilməsi hansı insaniyyətə sığır? Bütün bunları nəzərə alaraq qeyd etmək vacibdir ki, Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən həmin insanlar qanun qarşısında cavab verməlidir. Doğrudur, bu qanlı hadisəyə görə, müəyyən şəxslər cəzalandırılıb, amma əsl təşkilatçılar, əmr verənlər də bu məsuliyyətdən kənarda qalmamalıdır. 19 il ərzində aparılan təhlillər, ortaya çıxan faktlar bunun deməyə tam əsas verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

