Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün yer ayıracaq

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün yer ayıracaq

21.02.2012 [00:25]

“Müsavat Partiyasına qurultay keçirilməsi üçün yer ayrılmaması barədə mətbuatda yazılanlar bu partiya tərəfindən təşkil olunmuş piar kampaniyasıdır”.
Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O, bildirib ki, Müsavat Partiyası da daxil olmaqla, Azərbaycanda dövlət qeydiyyatından keçmiş partiyaların əksəriyyətinin qurultay, toplantı, Nizamnamə fəaliyyətinə uyğun olan digər tədbirlərinin keçirilməsi üçün müvafiq yerlər indiyədək ayrılıb, bundan sonra da ayrılacaq: “Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına da qurultay keçirmək üçün müvafiq yer ayıracaq. Amma bu yer onların istədiyi, yoxsa Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi vahid yer olacaq, buna hər halda şəhər rəhbərliyi qərar verəcək”.
Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30