Rüstəm İbrahimbəyovun çin olmayan "ziyalı" arzusu...
10.01.2012 [16:42]
Azərbaycan ziyalıları hər zaman baş verən hadisələrin, proseslərin, dövlətçiliyin inkişafında öndə gediblər. Ziyalılar Azərbaycanı, onun zəngin mədəni irsini, milli məfkurəsini yaşadıb, gələcək nəsillərə ötürüb, tarixi inkişafımızın hər bir mərhələsində öz elmi, ədəbi, mədəni yaradıcılığı ilə bəşəriyyətin nailiyyətlərini zənginləşdirib, onun misilsiz irsinin inkişafına xalqımız adından öz töhfəsini veriblər. Amma, bəzi insanlar da tapılır ki, “ziyalı” adını özünə yarlıq edərək şəxsi mənafeyi, marağı uğruna bu ada ləkə gətirirlər. İfşa olunduğu təqdirdə isə bu şəxsi marağını siyasiləşdirməyə cəhd göstərərək xalqın, dövlətin marağını satanlarla birgə xəyanətkar mövqe seçirlər.
ölkəmizdə zaman-zaman “ziyalı” adı ilə alver etməyə cəhdlər göstərilsə də, xalqın kəskin etirazı və iradəsi ilə buna cəhd göstərənlər geri çəkilməyə məcbur olublar. Bu gün də bəzilərinin qrup marağı ətrafında cəmləşərək bunun adını “ziyalılıqla” əlaqələndirməyə cəhd göstərməsi uğursuzluqla müşayiət olunur. Dəstə yaradaraq adını ziyalılığa bağlamaq istəyənlərin məqsədləri açıldıqca onların hansı xırda dəyərlərə malik olduqları, onların “ziyalılığının” sadəcə “ali savad” sərhəddindən kənara çıxmadığının şahidi oluruq.
Hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada xalqını aşağılayan, sanki bundan zövq alan və özünü “elita” sayaraq millətinə yuxarıdan aşağı baxmağa cəhd edən Rüstəm İbrahimbəyovun cavabı xalq və xalqın əsl ziyalıları tərəfindən verilmişdi. Milli dəyərləri təhqir etməyə cəhd göstərən İbrahimbəyov açıq şəkildə Azərbaycandan, azərbaycançılıqdan uzaq olduğunu ortaya qoymuşdu. Onun açıqlamaları göstərdi ki, bu şəxsin milli və siyasi təfəkkürü nə qədər cılızdır. Hələ o dövrdə Azərbaycan ziyalıları uzun illər ərzində Rusiyada yaşayan R.İbrahimbəyovun bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməməsinin səbəblərini soruşmuşdular. Təəssüf ki, bu cür cavab tələb edən suallar cavabsız qalmışdı və İbrahimbəyov yalnız naqolay fikirlərini sağa-sola yozmaqla özünü “müdafiə” etməyə çalışmışdı...
İndi bəlli olur ki, ötən 3 ildə İbrahimbəyov Azərbaycana, milli dəyərlərimizə, xalqımızın maraqlarına qarşı yeni kampaniya başlatmaq üçün sadəcə fürsət gözləyirmiş. özünə “ziyalı” adını qoyan, əslində isə dövlətin, xalqın maraqlarını tapdamaqla, xalqın iradəsini heçə saymaqla məşğul olan və xarici maraqlı qrupların əlində yeni oyuncağa çevrilən bir dəstənin tərkibində yer almaqla və son açıqlamaları ilə öz kimliyini bir daha ortaya qoyan R.İbrahimbəyov yeni bir məşğuliyyət tapıb. Bu məşğuliyyətin adı isə özünütəkzibdir. 2010-cu il mayın 7-də “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanda İlham Əliyevi əvəzləyəcək adam tanımadığını və indiki siyasətçilərdən heç birini Azərbaycanın Prezidenti rolunda görmədiyini bəyan edən R.İbrahimbəyov 2011-ci il dekabrın 28-də bunun tam əksini söyləyir. Görəsən, qısa müddətdə R.İbrahimbəyovun fikirlərinin belə kəskin dəyişməsinə nə səbəb olub?
Səbəb isə ortaya çıxır. çulunu sudan quru çıxarmağa çalışan İbrahimbəyov müxalifət KİV-inə verdiyi müsahibəsində işlətdiyi fikri özünə şamil etsə daha yaxşı olar: Bazar təfəkkürlü insan...
“Azərbaycan” qəzetinin məlumatına görə, R.İbrahimbəyov bir müddət idi ki, paytaxt Bakının mərkəzində “Kino evi” açmaq niyyətində idi. Sonradan bəlli oldu ki, Şəhidlər Xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək orada özünün biznes marağına xidmət göstərəcək kompleks tikmək niyyətində olan İbrahimbəyov, sən demə, kino adından sadəcə istifadə edirmiş. Hətta Rusiyada bəzi dairələrlə də bu istiqamətdə danışıqlar aparan, özünə “sponsorlar” tapan, həmin ərazidə biznes və restoran şəbəkəsi yaratmağa çalışan İbrahimbəyovun növbəti dəfə Azərbaycanın milli-mənəvi dəyərlərini heçə saydığını nümayiş etdirdi. Onun üçün ən əsası özünün biznes marağının təminidir. Onu Şəhidlər Xiyabanı, milli dəyər maraqlandırmır...
Həmin meşə massivini ələ keçirə bilməyən İbrahimbəyovun Azərbaycan xalqına, dövlətinə olan kini, onu siyasi uğursuzluğu, xəyanəti özünə siyasi karyera edən Eldar Namazovun dəstəsinə gətirib çıxardı. Növbəti dəfə Rüstəm İbrahimbəyovun kimliyi və əsl niyyəti üzə çıxdı...
Bu qədər cılız arzu uğrunda “ziyalı” adına ləkə vurmağa çalışan İbrahimbəyovun isə niyyəti növbəti dəfə açığa çıxan kimi yenidən üz tutub radikal müxalifət KİV-inə... Yenə də öz uğursuz çabalamaları ilə yadda qalan İbrahimbəyov biznes maraqları ilə bağlı iddiaları təkzib etməyə çalışır. Hətta yenidən özünü çətinliklərə salır. R.İbrahimbəyov deyir ki, “mən demişdim ki, Azərbaycanda ziyalılıq yoxdur”. Təbii ki, ziyalılığı öz fəaliyyəti və niyyəti kontekstində qavrayan bir insanın bunu deməsi qeyri-adi deyil. özünün dediyi, amma elə özünə aid olan “bazar təfəkkürü” İbrahimbəyova həqiqəti və reallığı görməsinə və qiymətləndirməsinə mane olur. Ola bilər ki, kimsə öz sahəsində hansısa uğur qazansın və hətta bu uğurun masştabı böyük olsun. Amma, bu, həmin şəxsin böyük idealların daşıyıcısı olduğunu deməyə əsas vermir. Elə Rüstəm İbrahimbəyov kimi. öz ölkəsini bəyənib orada yaşamayan, Moskvada oturub Bakıda istədiyini reallaşdıracağını düşünən, milli dəyəri bəzar təfəkkürünə qurban verən İbrahimbəyov xalqın və əsl ziyalı insanların təpkisi ilə qarşılaşan kimi yenə özünü açığa çıxardı... Sən demə, bu adamın ziyalılığı arzusunun qanadlarına bağlı imiş...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

