Əli Kərimli yeni Ruslan Bəşirli axtarışına çıxıb
23.12.2011 [11:16]
Gənclik gələcək deməkdir. Hər bir xalqın, hər bir dövlətin gələcəyi məhz gənclərin sağlam təməllər üzərində formalaşmasından, təhsilindən, milli mənəvi dəyərlərə bağlılığından və ən əsası bu sadalananların fonunda öz dövlətinin və millətinin maraqlarını qorumasından asılıdır. Bu gün ölkəmizdə gəncliyin qeyd olunan müstəvilərdə ən yüksək səviyyədə inkişaf etdirilməsi üçün bütün zəruri addımlar atılır. Gənclərimiz yeni texnologiyalarla yaxından tanış olur, dövlətimiz gənclərə xaricdə təhsil almaları üçün şərait yaradır. Bu da gəncliyimizin inkişafı ilə yanaşı, gələcəyimizin təminatı baxımından olduqca vacib bir məqamdır.
Təəssüf ki, ölkəmizdə hələ də gənclərin adından spekulyativ şəkildə istifadə edən, öz mənfur planlarında, oyunlarında bu nəslin adını hallandırmağa çalışan, uğursuzluqlarını yalan-palan, pafoslu kəlmələr altında gizlətməyə çalışanlar da tapılır. Hələ də özünü “siyasətçi” sayan radikal düşərgə təmsilçiləri artıq özləri üçün bir prinsipi dəqiqləşdiriblər: 1991-93-cü illərdə Azərbaycan xalqının başına gətirilən oyunların, dövləti saldığı bəlaların canlı şahidi olanlar Əli Kərimli kimi pafos qəhrəmanlarına yenidən inanmayacaq. Belə olan halda hədəf kimi seçilən yenə də gənc nəsildir.
Nəzarətində olan qəzetdə nə yazdırmasından asılı olmayaraq, Əli Kərimli özü də dərk edir ki, reallıq fərqlidir. Onun gəncliyə münasibəti və gəncliyi yönləndirdiyi istiqamət Ruslan Bəşirli olayından uzağa gedə bilmir. AXCP sədrinin bu tip “canıyananlığının” sonunda yenə də xəyanət və satqınlıq dayanır. Yəni, gəncləri aldatmağa yönəlik planların da sonunda hər hansı bir Ruslan Bəşirli analogiyasının təkrarlanması qaçılmazdır.
Əli Kərimli bilir ki, ən yaxşı halda öz qohum-əqrəbasından olan beş-on gənci “aldatmaq” iqtidarındadır. Əslində, onun yaratdığı bu tamaşalar bir yandan cəmiyyəti aldatmağa və ictimai rəyi çaşdırmağa yönəlibsə, ikinci bir yandan keçmiş-hazırkı (onların mövqeyi payız havası kimi tezdəyişəndir) “dost”larına qarşı açdığı yeni cəbhədə “xox” gəlməkdir. Ə.Kərimli dəqiq bilir ki, xalqın ona etimadı sıfırdan da aşağıdır. Belə olan halda digər müxalifət partiyalarını hürkütmək, xaricdən gələn pulları əlinə almaq üçün bu oyundan istifadə edir.
Digər tərəfdən, “hesabat ilinin” axırıdır və xarici dayılardan alınan pulların hesabatı verilməlidir. Əgər hesabatda hər şey “dəqiq” göstərilməsə, bu pulun arxası kəsiləcək və daha doğrusu, pul başqa partiya sədrinin “büdcəsinə” əlavə olunacaq. Ə.Kərimli də məcburdur qohum-əqrəbanın arasında şəkil çəkdirib, pul gələn yerə göndərsin.
Əslində, bu qeyd olunanları radikal müxalifət özü-özlüyündə “siyasi mübarizə” kimi xarakterizə edir. Xaricdən pul alıb ölkədə qarşıdurma yaratmaq istəyi, xalqın dəstəyindən məhrum olduğunu gizlətmək üçün beş-üç nəfərlə şəhərdə sakitliyi, insanların istirahət hüquqlarını pozmağa çalışmaq arzusu, görəsən, nə vaxtdan “siyasi mübarizə” adlanır? Görəsən, niyə seçki vaxtı onlar min bir bəhanə ilə seçkidə iştirakdan boyun qaçırırlar? Cavabı bəllidir. çünki bilirlər ki, onlara, hətta şəkil çəkdirdikləri qohum-əqrəbası belə səs verməyəcək...
Ə.Kərimlinin gənclərə verdiyi qiymət isə nəzarətində saxladığı qəzetin pullarını oğurlayanda bəlli olmuşdu. Bir müddət öncə Ə.Kərimlinin vaxtilə yaxın adamlarından olmuş Sakit Allahverdiyevin KİV-ə verdiyi açıqlamalarda bildirilirdi ki, onun Ə.Kərimliyə “Azadlıq” qəzetinə yardım üçün verdiyi pullar AXCP sədri tərəfindən mənimsənilib. Sonradan AXCP sədrinin yaxın ətrafı bu faktı israrla təkzib etməyə çalışsalar da, onların cəhdləri uğursuz alındı. çünki bu faktın açıqlanmasından həmən sonra Ə.Kərimlinin yaxın adamlarından biri, “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidov bildirmişdi ki, qəzetə gələn pullar şəxsən Ə.Kərimli tərəfindən mənimsənilir. S.Zahidov qeyd etmişdi ki, Ə.Kərimli, hətta xarici təşkilatların da qəzetə etdiyi yardımların son qəpiyinə qədər mənimsəyir, qəzetə vermir. Bildirmişdi ki, həmin dövrlərdə üst-üstə “Azadlıq” qəzetinə Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı, KİVDF, Prezidentin yardımıyla birgə bu qədər məbləğin üstünə qəzet satışından da əldə edilən gəlir birmənalı şəkildə Ə.Kərimli tərəfindən oğurlanır. S.Zahidov bildirmişdi ki, ona çatacaq pul məhz Ə.Kərimli tərəfindən mənimsənilib və verilmir: “Azadlıq” qəzetinə Gerd Butserius Fondunun “Şərqi Avropada azad mətbuat” pul mükafatı veriləndə mən həbsdə idim. Təşkilatın əməkdaşları bizim evdə olublar və o zaman bu mükafatın 10 min avrosunun mənə verildiyini bildiriblər. Telefon danışığı zamanı AXCP-nın sədri Əli Kərimli də mənə dedi ki, Norveçin verdiyi mükafatın on mini sənindir. Lakin sonralar Əli bəy bu sözünü dandı və dedi ki, mən bu pulu deməmişəm, başqa mükafatdan danışırdım. Amma nədənsə Əli Kərimli bu günə qədər söhbətin hansı puldan və mükafatdan getdiyini mənə deməyib. O zaman bu pulu cibinə basmaq istəyənlər öz adlarını mənə qoyub aləmə car çəkdilər ki, Mirzə Sakit pula göz dikib”.
Bir sözlə, artıq şərhə ehtiyac yoxdur. Ə.Kərimlinin xisləti, onun hansı əməllərini həyata keçirmək üçün gənclərdən istifadə etməyə çalışdığı ortadadır. Bütün səslənən faktları isə elə onun öz “silahdaşları” ifadə edir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11

