Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir

Siyavuş Novruzov: Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir

21.12.2011 [01:45]

“Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur: “Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid bəsləyirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların heç bir nəticəsi olmadı. çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu adamların da xalq arasında dayağı yoxdur”.
Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30