Heydər Əliyev Fondunun vitse-prezidenti Nyu-Yorkda səfərdədir
02.11.2011 [14:16]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın (International Dialogue for Environmental Action) təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Fondun noyabrın 1-də keçiriləcək illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” - “Həyata Açar” yüksək mükafatı təqdim ediləcək.
“Uşaqların Xərçəng və Qan Fondu” (CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi işini dəstəkləyir və bu sahədə fəaliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir.
Nyu-Yorka səfəri çərçivəsində Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York presbiterian xəstəxanasında Uil Kornell Tibb Mərkəzində göstərilən xidmətlərlə tanış olub. Leyla xanım Mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkib, onları Amerikanın ənənəvi “Hallovin” bayramı münasibətilə təbrik edib, hədiyyələr çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanıb. Leyla xanım deyib ki, Azərbaycanda da genetik qan xəstəliyinin daşıyıcıları olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir.
Uil Kornell Tibb Mərkəzində talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbəti zamanı Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusunda elmi simpoziumun keçirilməsi arzusunu bildirib, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət edib.
Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas müzakirə mövzusu olub. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden azərbaycanlı qonağa laboratoriyada aparılan elmi tədqiqatların nəticələri barədə məlumat verib, az müddətdə pediatrik hematologiya-onkologiya sahəsində qazanılan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulayıb. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair D.Lidenlə fikir mübadiləsi aparıb.
Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bir sıra digər görüşlər keçirib. O cümlədən, ətraf mühit məsələləri üzrə maarifləndirmə məsələləri ilə məşğul olan ABŞ-ın “Earth Force” qeyri-hökumət gənclər təşkilatının beynəlxalq münasibətlər üzrə nümayəndəsi Vins Meldrum ilə “Earth Force” və “İDEA” arasında Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasının tədrisi üzrə təlim kurslarının keçirilməsi müzakirə edilib. Leyla Əliyeva “Earth Force” nümayəndələrini noyabrın 24-27-də “İDEA” təşəbbüsü ilə Qəbələ şəhərində keçiriləcək “Ətraf mühitin qorunmasının idarə edilməsində gənclərin rolu: Bu gün və Sabah” düşərgəsində iştirak etməyə dəvət edib. Leyla Əliyeva, həmçinin moda və geyim sənayesində ekoloji cəhətdən təmiz istehsalı dəstəkləyən “Ecouterre” layihəsinin nümayəndələri ilə görüşüb, dünya gənclərinin qlobal ətraf mühitə məsuliyyətli yanaşmasına çağıran konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

