“Qisas”dan 1 il ötür...
03.08.2023 [11:35]
Qırxqız, Sarıbaba yüksəklikləri ordumuza daha geniş ərazilərə nəzarət imkanı yaradır
Nardar BAYRAMLI
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda güc balansının Azərbaycanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın “dəmir yumruğunun” qarşısında cəmisi 44 gün duruş gətirə bilən Ermənistan həmin il noyabrın 10-da imzaladağı kapitulyasiya sənədi ilə ölkəmizin qələbəsini qəbul etdi. Bununla belə, ötən 3 ilə yaxın müddətdə rəsmi İrəvan imzaladığı üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən yayınır. Belə ki, erməni silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsi ilə bağlı öhdəlik hələ də yerinə yetirilmir. Hələ də Azərbaycan ərazisində qalan bu erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradır. Müharibənin başa çatmasından ötən dövr ərzində erməni tərəfi dəfələrlə hərbi təxribatlar edib. Belə təxribatlar həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının məsuliyyət zonasında qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilib. Təbii ki, Azərbaycan Ordusu tərəfindən əməliyyatlar keçirilərək bu təxribatların qarşısı qətiyyətlə alınıb.
Tutarlı cavab
Belə əməliyyatlardan birinin - “Qisas” əməliyyatının keçirilməsinin bu gün bir ili tamam olur. Xatırladaq ki, ötən il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb. Bu yüksəkliklər ordumuza daha geniş ərazilərə nəzarət etmək imkanı yaradır.
Ermənilərin canlı qüvvəsi və döyüş texnikaları məhv edildi
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan dəfələrlə bəyan edib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.
Prezident İlham Əliyev ötən ilin avqustunda İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, şəhidimizin qanı yerdə qalmadı: “Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.
“Qisas” əməliyyatının davamı...
Prezident İlham Əliyev onu da vurğulayıb ki, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik: “Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”.
Üç ilə yaxın müddətdə özünün silahlı tör-tüküntülərini Azərbaycan torpaqlarından çıxarmayan Ermənistan bu əməliyyatdan dərs götürməlidir. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən Azərbaycan analoji addımın qarşı tərəfdən də atılmasını tələb edir. Qarşı tərəfin qeyri-adekvat addımları isə Azərbaycanı yeni əməliyyatlara sövq edir. Dünyadakı erməni lobbisinə, o cümlədən, öz havadarlarına güvənərək vaxt uzatmaq istəyən Ermənistan anlamalıdır ki, artıq regionda reallıqlar tamamilə dəyişib. Bu gün Azərbaycanı heç kim durdura bilməz. Öz torpaqlarını işğaldan azad etmək uğurunda qətiyyət nümayiş etdirən ölkəmiz məsələnin siyasi tərəflərini də həll edib. Artıq bütün dünya Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, Qarabağ münaqişəsinin bitdiyini qəbul edir, təsdiqləyir. Belə olan halda Ermənistanın nəyəsə ümid edərək vaxt udmağa çalışmasının heç bir əhəmiyyəti yoxdur.
Prezident İlham Əliyev hələ o zaman erməni təxribatlarına cavab olaraq “Qisas” kimi əməliyyatların keçiriləcəyini istisna etməmişdi. Bu il iyulun 28-də ordumuz tərəfindən məhz “Qisas-2” əməliyyatı keçirildi ki, bu əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edildi. Bütün bunlar Ermənistana və Qarabağdakı separatçı rejimə ciddi zərbə oldu. Azərbaycan Ordusu bundan sonra da erməni təxribatlarının qarşısını qətiyyətlə alacaq!
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

