Ölkəmizin inkişafı YAP-ın gücünü və nüfuzunu daha da artırır
27.09.2011 [10:06]
Sentyabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı partiyamızın inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Onun sözlərinə görə, bu inkişaf YAP-ın gücünü, nüfuzunu daha da artırır, eləcə də, gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir.
“Hazırda partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. Bu ilin altı ayı ərzində YAP-ın sıralarına təxminən 15 min nəfərə yaxın Azərbaycan vətəndaşı daxil olub. Sevindirici haldır ki, partiyamızın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Bu tendensiya artıq bir neçə ildir özünü göstərməkdədir. Gənclərimizin partiyamızın sıralarına böyük həvəslə qoşulması bir tərəfdən Prezidentimizin siyasətinin gənclərimiz arasında dəstəklənməsinin göstəricisidir. Digər tərəfdən, bu amil YAP-ın özünün həm cəmiyyətdə, həm də gənclər arasında mövqeyinin güclənməsindən xəbər verir. Gənclərin partiyamıza qoşulması YAP-ın gücünü, gənclik enerjisini artırır. Eyni zamanda, təbii ki, gənclər YAP sıralarına qoşularaq partiyanın öz daxilində də yeni ab-havanı, əhval-ruhiyyəni, daha böyük gələcəyə ümid psixologiyasını şərtləndirmiş olur. Beləliklə, ölkəmiz inkişaf etdikcə, YAP da inkişaf edir, güclənir, bunu ölkəmizdə keçirilən bütün seçkilərin nəticələri, ayrı-ayrı vaxtlarda Azərbaycanda ictimai-siyasi həyatla əlaqədar keçirilən sorğuların nəticələri də birmənalı şəkildə təsdiq edir. Bütün bunlar bizi sevindirir, amma eyni zamanda, ictimai-siyasi həyatda daim yüksək mövqeyi saxlamaq hər birimizdən, partiya fəallarından daim çalışmağı, həmişə mübariz əhval-ruhiyyəni qoruyub saxlamağı tələb edir. Hesab edirəm ki, YAP-ın rayon və şəhər təşkilatları da bu reallığı həmişə nəzərə alıblar və bundan sonra da belə olacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədovun sözlərinə görə, hər bir rayon və şəhər təşkilatı fəaliyyət göstərdikləri ərazilərdə öz iş metodlarını təkmilləşdirməsi, yeniləşdirməsi, müasir texnologiyalardan daha çox faydalanmağa çalışması və gənclərlə işin gücləndirilməsi yönündə fəaliyyətlərini davam etdirməlidirlər: “Güman edirəm ki, biz həmişə olduğu kimi yenə də bu yanaşma ilə öz işlərimizi davam etdirəcəyik”.
Əli Əhmədov bildirib ki, YAP-ın Nizamnaməsinin normalarına uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsinin zamanı çatıb. Onun sözlərinə görə, müşavirə məhz bu konfranslara hazırlıq məsələlərinə həsr olunub. “Hesab edirəm ki, bu, partiya daxilində böyük bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Düşünürəm ki, YAP-ın artan nüfuzu, güclənən mövqeləri nəzərdə tutduğumuz konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyamızın həyatında əhəmiyyətli hadisə olacaqdır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, hesabat-seçki konfransları hər bir yerli təşkilatın əvvəlki konfransdan keçən dövr ərzində fəaliyyətinə baxış olacaq. Onun fikrincə, bu, hər bir rayon və şəhər təşkilatının fəaliyyətinin yüksəlməsinə, bu fəaliyyətin səmərəsinin artırılmasına gətirib çıxarmalıdır. YAP Sədrinin müavini qeyd edib ki, bu konfranslar həmin ərazidə fəaliyyət göstərən təşkilatların təkcə partiya üzvləri qarşısında yox, bütün rayon ictimaiyyəti qarşısında hesabatı şəklində həyata keçirilməlidir. “çünki hakimiyyətdə olan partiya təkcə üzvləri qarşısında yox, bütün vətəndaşlar qarşısında hesabat verməyi özünün vəzifəsi bilir. Güman edirəm ki, yerli strukturlarımız konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Eyni zamanda, əmin olmaq istəyirəm ki, təşkilatlarımızın konfransları onların həyatında əhəmiyyətli bir hadisə kimi yadda qalacaq, onların inkişafına yeni stimul verəcək və fəaliyyət göstərdiyi ərazidə təşkilatın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, bu konfranslar bütövlükdə partiyamızın bir neçə illik fəaliyyətinə bir baxış olmalıdır, həmçinin, onun gələcək fəaliyyətinin daha da genişlənməsinə və yüksək səviyyəyə qalxmasına stimul verməlidir. Güman edirəm ki, əvvəlki konfranslarda olduğu kimi növbəti konfranslarda da yüksək mütəşəkkillik və bayaq haqqında danışdığımız tələblər özünün əksini tapacaq” - deyə, o bildirib. Əli Əhmədov deyib ki, 2010-2011-ci illərdə 8 rayonda hesabat-seçki konfransları keçirildiyi üçün onların yenidən belə bir tədbir keçirməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırlıq işləri başa çatdıqdan sonra konfranslar təsdiqlənmiş siyahı əsasında keçiriləcək.
Müşavirədə, həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı hazırlanmış təlimata uyğun tövsiyələri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49

