Erməni terroru - son 100 ilin bəlası
27.07.2023 [11:21]
Ermənilər hər nə qədər özlərindən qondarma “mədəni xalq” mifi yaratmağa çalışsalar da, onların gerçək simaları və milli ideologiyaları terrorla səciyyələnir. Deyə bilərik ki, erməni terroru son 100 ilin bəlasına çevrilib. Dünyada erməni terrorundan ən çox əziyyət çəkən ölkələr isə Azərbaycan və Türkiyədir. Buna görə də hər iki ölkədə daim erməni terroruna qarşı mübarizəyə çağırışlar edilir, bu mövzuda müzakirələr aparılır. Gələcəkdə fəsadlarla üzləşməmək üçün gənc nəsil erməni terrorunun mahiyyətini, hansı məkrli məqsədlərə xidmət etdiyini yaxşı bilməlidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən erməni terroru mövzuzuna bir daha diqqət çəkib. Dövlətimizin başçısı Ermənistandakı Nemesis abidəsinin qoyulmasının qəbuledilməz hal olduğunu xüsusi vurğulayıb. Öz növbəsində Fuat Oktay Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırıb.
Bədnam “Nemesis planı”
Bəhs olunan qəbulda Prezident İlham Əliyevin və Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın diqqət çəkdikləri Nemesis terrorçuları kimlər idi və bədnam “Nemesis planı” özündə nəyi ehtiva edirdi? Bəri başdan qeyd edək ki, erməni terrorçuları bu adı təsadüfən seçməyiblər. Onlar əməliyyatın adını qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürüblər. Burada da biz ermənilərə xas olan riyakarlığı görürük. Əslində, yunan intiqam ilahəsinin adı altında gizlənən ermənilərin məqsədləri tamam fərqli idi. Onların törətdikləri qanlı əməllərlə “intiqam” anlayışı arasında hansısa bir bağlılıq yoxdur. “Nemesis planı”nın iştirakçılarını bir araya gətirən və çoxlu sayda günahsız insanın ölümünə təhrik edən yeganə amil Türkiyəyə və Azərbaycana nifrət idi. Aksiyanın elan edilmiş məqsədi guya Türkiyə tərəfindən törədilmiş “erməni soyqırımı”nın və Bakıda 1918-ci ildə “öldürülən” ermənilərin heyfinin alınması sayılırdısa, əsl mahiyyət fərqli idi. Erməni terror təşkilatları bu əməliyyatla Qafqazda yeni tarix səhifəsi açmış insanları, siyasi xadimləri və dövlət xadimlərini qətlə yetirdilər. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var idi.
Əməliyyatın reallaşdırılması erməni terrorçusu olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdı. Qondarma “soyqırımı”na guya aidiyyatı olan insanların 650 nəfərlik bir siyahısı tutularaq oradan 41 nəfər seçilir və “əsas günahkarlar” elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün də məhz həmin orqan məsuliyyət daşımalı olur. Orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dakı elçisi Armen Qaro idi. Bununla yanaşı, terror əməliyyatı üçün xüsusi fond da yaradılır - fondun rəhbəri isə Şaan Satçaklyan seçilir. Əməliyyata operativ rəhbərlik və əməliyyatın maddi dəstəyi ilə isə Şaan Natali və Qriqor Merdjanov məşğul olacaqdılar.
Qətllərin törədilməsi üçün 3-5 nəfərdən ibarət qrup yaradılırdı. Bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa, onda qətli törətmək üçün iki-üç nəfər hazırlaşırdı. Əməliyyatın iki əsas təşkilati mərkəzi var idi. Bunlar “Çakatamart” (İstanbul) və “Droşak” (Boston) qəzetlərinin redaksiyaları idi.
Terror qurbanlarının siyahısı uzundur
Bədnam “Nemesis planı”nın ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olublar. AXC-nin baş naziri vəzifəsində çalışmış Fətəli xan Xoyski birinci hədəf kimi seçilir. 1920-ci ilin 19 iyununda törədilən terror hadisəsi zamanı Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə ağır yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan törədir. Onunla birgə əməliyyatda iştirak edən digər erməni Misak Kirakosyan da yaralanır. 1920-ci ilin 19 iyulunda isə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir. Beləliklə, erməni terror təşkilatı ard-arda Azərbaycanın iki böyük dövlət xadiminə qarşı sui-qəsdlər törədir. 1920-ci ilin mayın 31-də isə Kürdəmirdə Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir.
1921-ci ilin 15 martında Berlində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəmi olmuş Tələt Paşa öldürülür. Qeyd edək ki, Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyleryan isə Berlin məhkəməsi tərəfindən bəraət alır və azadlığa buraxılır. 1921-ci ilin 5 dekabrında İtaliyanın paytaxtı Romada atla gəzinti zamanı Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa qətlə yetirilir. Qətli törədən Arşavir Şirakyanı həbs etmək mümkün olmur və qatil İstanbula qayıdır. Bu qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı keçmiş səfiri Mikael Vartanyan və daha bir nəfər də yer alır.
1922-ci ilin 17 aprelində isə Almaniyanın Berlin şəhərində ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir qətlə yetirilirlər. Terror zamanı Şakirin cangüdəni də vurulur. Qətli isə cəzasız qalmış Arşavir Şirakyan və Aram Yerkanyan törədirlər.
1921-ci ilin 19 iyulunda İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir terrorun qurbanına çevrilir. Qatil Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxır, tribunal onu qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən “affekt” vəziyyətində olduğundan törətdiyi cinayətə görə məsuliyyət daşıya bilməz. Onu Yunanıstana deportasiya edirlər. Qətlin digər iştrakçıları Edvard Fundukyan və Arutun Arutunyans da cəzasız qalır.
1922-ci ilin 25 iyulunda isə Tiflisdə Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa qətlə yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan törədir, qətlin hazırlanmasında, həmçinin Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak etmişdilər.
Bütövlükdə, bədnam “Nemesis planı”nın hədəfinə çevrilən terror qurbanlarının siyahısı çox uzundur. Onların hamısını sadalamağa lüzum görmürük. Qeyd olunan faktlar erməni terror qruplaşmasının qanlı əməlləri barədə konkret təsəvvür yaradır.
Beləliklə, erməni terror təşkilatının hazırladığı “Nemesis” əməliyyatı nəticəsində həm Azərbaycanın, həm də Türkiyənin bir çox dövlət adamları aradan götürülür. Ermənilərin terror siyasəti isə qarşıdakı illərdə daha intensivliklə davam etdirilir.
Nemesis terrorçularına abidə ucaldılması dövləti cinayətdir
Cari ilin aprelində dünya Ermənistandan gələn bir xəbərlə silkələndi. Həmin xəbər İrəvanda Nemesis terrorçularına abidə ucaldılması ilə bağlı idi. Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri Ermənistanın paytaxtında belə bir abidənin ucaldılmasını dərhal pislədilər. Qardaş ölkə Ermənistanın davranışlarına cavab olaraq öz hava məkanını bu ölkənin təyyarələri üçün bağladı. Türkiyə birmənalı şəkildə abidənin sökülməsini tələb edir. Tələb tam haqlıdır. Nemesis terrorçularına abidə ucaldılması dövləti cinayətdir. Bu fakt Ermənistanın terroru dövlət siyasəti səviyyəsinə yüksəltdiyini ortaya qoyur. Onu da qeyd edək ki, İrəvan meriyası Nemesis abidəsinin sökülməsi ilə bağlı Türkiyənin tələbini yerinə yetirmək niyyətində olmadığını bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

