/ / Mübariz Qurbanlı: İrandan Azərbaycana gələn soydaşlarımız da Azərbaycan Respublikasının qanunlarına əməl etməlidirlər
Mübariz Qurbanlı: İrandan Azərbaycana gələn soydaşlarımız da Azərbaycan Respublikasının qanunlarına əməl etməlidirlər
07.09.2011 [10:57]
Mübariz Qurbanlı hesab edir ki, başqa xalqların nümayəndələri kimi İrandan Azərbaycana gələn soydaşlarımız da Azərbaycan Respublikasının qanunlarına əməl etməlidirlər. Onun sözlərinə görə, milliyyətindən asılı olmayaraq Azərbaycana gələn bütün xarici vətəndaşlar burada qanun çərçivəsində yaşamalı, fəaliyyət göstərməlidirlər: “Ona görə də hesab etmirəm ki, İrandan Azərbaycana gələn kimlərəsə qarşı ayrı-seçkilik olub. Həmin şəxslərə qanun çərçivəsində münasibət bəslənir”.
Mübariz Qurbanlı vurğulayıb ki, İrandakı vəziyyətlə razılaşmayıb başqa ölkələrə gedən insanlara münasibət də qanunla tənzimlənir. Onun fikrincə, Azərbaycanın Dövlət Miqrasiya Xidməti bu məsələdə düzgün mövqe tutub: “Dövlət Miqrasiya Xidməti hər bir məsələyə fərdi yanaşır. Bizdə ikili vətəndaşlıq yoxdur. Azərbaycana gələn insanlar vətəndaşlıq almaq üçün qanunlara uyğun formada gözləməlidir, sənədlər təqdim etməlidir. Biz kimlərəsə süni formada fərq qoymamalıyıq”.
Azərbaycan Respublikasına gələn siyasi mühacirlərin İranın təzyiqi ilə buradan çıxarılmasına gəlincə, Mübariz Qurbanlı bunu mümkün saymır: “Mən inanmıram ki, hansısa ölkə Azərbaycan Respublikasına təzyiq etsin və Azərbaycan da bu təzyiqlə siyasi qərar qəbul etsin, siyasətini dəyişsin. Bizim ölkə müstəqil siyasət yürüdür. Milliyyətindən asılı olmayaraq İrandakı siyasi vəziyyətlə razılaşmayıb Azərbaycana, Gürcüstana, başqa ölkəyə gedən varsa, həmin dövlətin qanunları nəyi tələb edirsə ona uyğun hərəkət etməlidirlər. Kimsə bizim ölkəyə pənah gətirirsə, bura sığınırsa Azərbaycan qanunları çərçivəsində onlara himayədarlıq edə bilərik. Amma bunu siyasiləşdirmək, milli mənsubiyyətlə məhdudlaşdırmaq olmaz. Bu məsələ qanunlar və beynəlxalq hüququn normaları əsasında tənzimlənə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33

