Ağdam-Xankəndi yolu vasitəsilə...
26.06.2023 [10:20]
Politoloq: Bu yol ilə humanitar missiyanı reallaşdırmaq tamamilə mümkündür
NARDAR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşərkən diqqətçəkən təşəbbüslə çıxış edib. İlk olaraq qeyd edək ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Nazir BQXK vasitəsilə Qarabağda yaşayan erməni sakinlərimizin tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğunu bildirib. Mövcud vəziyyətlə əlaqədar erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.
Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Ceyhun Bayramov deyib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Aprelin 23-dən etibarən yüzlərlə erməni sakinin keçidi təmin olunub. Lakin iyunun 15-də Ermənistan Laçın postunu atəşə tutub. Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb.
Burada diqqətçəkən məqamlardan biri Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək təklifidir. Dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın Həkəri çayı üzərində qurduğu sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti tamamilə şəffaf tənzimlənirdi. Qarabağdakı erməni sakinlərimiz çox rahat şəkildə bu keçiddən istifadə edirdilər. Lakin Ermənistanın davamlı siyasi-hərbi təxribatları, eləcə də, nəzarət-buraxılış məntəqəsini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Və haqlı olaraq Azərbaycan izahat tələb etməyə başladı.
Politoloqun sözlərinə görə, Azərbaycanın istəyi bundan ibarətdir ki, Ermənistan bir daha belə halın baş verməyəcəyinə zəmanət versin. Rəsmi İrəvan baş vermiş insidenti üzərinə götürməli, təxribatı törədənlər cəzalandırılmalıdır. Təəssüf ki, Paşinyan hakimiyyəti sülhü pozan hərəkətlərindən boyun qaçırır, əksinə bütün bunlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Lakin Azərbaycandakı diplomatik korpusun nümayəndələri bölgəyə səfər etdilər və əyani şəkildə gördülər ki, Laçındakı pos?dan tam istifadə etmək mümkündür. Çünki Azərbaycan bütün lazımi şərait yaradıb. Sadəcə, Ermənistanın hərbi təxribatları buna imkan vermir.
“Digər tərəfdən, dövlətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürə bilər. Xarici işlər naziri Ceyhun Bayramovun BQXK-nin ölkəmizdəki nümayəndəsi ilə görüşündə bu məsələ diqqət mərkəzində olub. Yəni, Ağdam-Xankəndi yolu ilə humanitar missiyanı reallaşdırmaq tam mümkündür. Düşünürəm ki, proses məhz dövlətimizin dəstəyi ilə baş tutmalıdır. Çünki kənar dəstək, Ermənistanın dəstəyi ilə humanitar yardımlar siyasi məqsəd daşıyır. Azərbaycanın istəyi budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Əks təqdirdə, biz görürük ki, Ermənistan vəziyyətdən sui-istifadə edir, Azərbaycanın humanist jestinə qarşı atəş açır, mövqelərimiz atəşə tutulur. Ona görə də, Laçın sərhəd-buraxılış məntəqəsindən mülki insanların keçdiyini nəzərə alaraq Azərbaycan bu sərhəd postunda təhlükəsizliyi birtərəfli qaydada təmin etmək məsuliyyətini öz üzərinə götürür”, - deyə İ.Hüseynov vurğulayıb.
Bundan əlavə, Azərbaycan postmünaqişə dövründə böyük bərpa və yenidənqurma işləri həyata keçirir. Lakin Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsi, habelə mina təhdidinin davam etdirilməsi görülən işlərə böyük maneədir.
Bütövlükdə, əgər rəsmi İrəvan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, təxribatlardan çəkinməli, əsassız yerə Azərbaycanı ittiham etməməli və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır. Ən doğru yol isə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın şərtlərini qəbul etməsidir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

