/ / Azərbaycan Prezidenti Administrasiyası: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bəyanatı heç bir çərçivəyə sığmır
Azərbaycan Prezidenti Administrasiyası: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bəyanatı heç bir çərçivəyə sığmır
12.08.2011 [10:12]
N.Məmmədovun sözlərinə görə, bunlarla bərabər son vaxtlar İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin böyük bir qrupu bütün fəaliyyətini Azərbaycan əleyhinə təbliğat aparmağa həsr edir. Bu azmış kimi yenilərini də yaradırlar.
“Təəssüf ki, bütün faktorları nəzərə alsaq, iki ölkənin rəhbərlərinin bəyan etdikləri kimi dostluq əlaqələrinin alternativinin olmamasını, deyəsən, İran İslam Respublikasında bəziləri heç başa düşmək istəmirlər. Bu baxımdan İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general Seyid Həsən Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır. Sual verilə bilər, cənab general, əgər siyasi prosesləri belə dərindən bilirsinizsə və onlarla çox maraqlanırsınızsa, bir özünüzə fikir verib, diaqnoz qoyun. Qoy sizin fikirlərinizdən nəticə çıxarılsın. Yox əgər siz hərbçi tonu ilə göstəriş vasitəsilə qonşu və dost dövlətin daxili siyasətinə müdaxilə etmək və tövsiyə verməklə özünüzü müctəhid və ya ayatolla səviyyəsində görmək istəyirsinizsə, bu, çox gülməli görünür. Daha bir fikir ondan ibarətdir ki, İran İslam Respublikasının daxilindəki prosesləri yaxşı bildiyi üçün, general bəlkə də, siyasi hakimiyyətə keçmək iddiasına düşüb. Amma bu, bizə maraqlı deyil, bu, onun öz işidir” - deyə, PA rəsmisi deyib.
N.Məmmədovun sözlərinə görə, bir şey tamamilə aydındır, belə yüksək rütbəli və vəzifəli general gərək tarixi, siyasəti, təbabəti və bir də etikanı yaxşı bilsin.
“Yoxsa kimin damarlarında kimin qanı axır, kimin qəlbi hansı hisslərlə döyünür və kimin axırı necə olacaq deyə falçılığa aludə olan general bu yolla uzağa gedə bilməz. Yəqin başa düşür ki, falçılığı İslam dini qəbul etmir və İranda falçılıq çox təhlükəli hesab edilir” - deyə, N.Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43

