/ / Prezident Administrasiyası Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün nəticələrinə dair mövqeyini açıqlayıb
Prezident Administrasiyası Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün nəticələrinə dair mövqeyini açıqlayıb
11.08.2011 [02:28]
“Son vaxtlar Prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub”. Bunu dünən “Trend”ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
“Bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparan dövlət başçıları, sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu istiqamətdə gedən danışıqlar prosesini müzakirə ediblər. Prezidentlərin mövqeyini belə ifadə etmək olar ki, son vaxtlar Prezident Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilən görüşlərdə və danışıqlarda Madrid baza prinsiplərinə uyğun olaraq bir sıra məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşması mümkün olub. Buna görə də danışıqları bundan sonra da davam etdirmək lazımdır” - söyləyən N.Məmmədov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin avqustun 9-da Soçidə keçirilən görüşün yekunlarını şərh edərkən deyib.
N.Məmmədov deyib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha Prezident Dmitri Medvedevə çatdırıb: “Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərə dəvət, səfər zamanı göstərilən xüsusi münasibət və diqqətə, eyni zamanda çox faydalı fikir mübadiləsinə görə Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə təşəkkürünü ifadə edib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev danışıqlardan sonra, Kazan görüşündə olduğu kimi, dəfələrlə, Ermənistan rəhbərliyinin yaxın dairələrin və diasporun imkanlarından istifadə edərək danışıqların uğurla nəticələnməməsinin məsuliyyətini Azərbaycan tərəfinin üstünə atmasını onların qeyri-səmimiliyinin nümayişi olduğunu bildirib”.
N.Məmmədovun sözlərinə görə, səfər zamanı iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında formalaşmış ikitərəfli münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə səyləri davam etdirmək əzmində olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51

