/ / YAP GB-nin tələbə gənclər üçün təşkil etdiyi "Yay məktəbi" layihəsinin iştirakçıları ilə Qəbələdə görüş keçirilib
YAP GB-nin tələbə gənclər üçün təşkil etdiyi "Yay məktəbi" layihəsinin iştirakçıları ilə Qəbələdə görüş keçirilib
08.07.2011 [10:27]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov YAP Gənclər Birliyinin (GB) tələbə gənclər üçün təşkil etdiyi “Yay məktəbi” layihəsinin iştirakçıları ilə dünən Qəbələdə, “Qafqaz” otelində görüşüb.
Görüşdə, həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, MM-in komitə sədri Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov, MM-in komitə sədri Əli Hüseynli və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın geniş bir ailə olduğunu, “Yay məktəb”ində gənclərin yaxşı dostluq münasibətlərinin yarandığını qeyd edib: “Siz nə qədər çox yaxşı dost olsanız, partiyamız da o qədər möhkəmlənər, güclənər. “Yay məktəbi”ni partiyamızın gənc üzvlərinin vaxtlarını səmərəli keçirmələri, Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin inkişafını görmələri üçün təşkil edirik. Bölgələrdəki inkişafı özünüz görürsünüz. Qəbələdəsiniz, buradakı oteli görürsünüz. Bu otel dünyanın digər ölkələrində olan yüksək standartlara uyğundur. Qəbələ bütövlükdə inkişaf edir. Bunlar hamısı Azərbaycanın inkişafından xəbər verir”.
YAP Sədrinin müavini gənclərin ictimai-siyasi həyatdakı proseslərdə yaxından iştirak etməli olduğunu bildirib: “Siz Azərbaycanın, YAP-ın gələcəyisiniz. Siz gələcəkdə tanınmış simalara, elm adamlarına, siyasətçilərə çevriləcəksiniz. Partiyamızın gələcəyi gənclərimizlə bağlıdır. İstəyirik ki, gənclərimiz ictimai-siyasi həyatda fəal işirak etsinlər”.
O, Azərbaycanı bu gün və gələcəkdə layiqincə təmsil etməyə hazır olan gənclərimizin formalaşdığını qeyd edərək, YAP-ın gənclərinin bilikləri, vətənpərvərlikləri, partiyaya sədaqəti ilə seçildiklərini vurğulayıb.
Millət vəkili Əli Hüseynli deyib Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi ənənəvi “Yay məktəbi”ndə müxtəlif bölgələrdən olan gənclər birlikdə maraqlı müzakirələr aparırlar, dostlaşırlar. Onlar Azərbaycan üçün əhəmiyyətli olan beynəlxalq səviyyəli məsələləri müzakirə edirlər, maraqlı fikir mübadiləsi aparırlar.
O, gənclərin fikir mübadilələrinin çox əhəmiyyətli olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, bu müzakirələrdən bir daha məlum olur ki, YAP-ın gənc üzvləri çox formalaşmış, savadlı, ciddi potensiala malikdirlər: “Bu, bizi çox sevindirir. çünki ölkəmizin gələcəyi etibarlı əllərdədir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev deyib ki, YAP gəncləri “Yay məktəbi”ndə partiyanın qarşıya qoyduğu məqsədləri, ölkənin ictimai-siyasi həyatını dərindən təhlil etmək imkanına malikdirlər. O, bu layihədə gənclərin öz fikirlərini bildirdiklərini, müxtəlif intelektual və idman oyunları keçirdiklərini, diskussiyalar etdiklərini, vurğulayıb.
“Yay məktəbi” ən yüksək standartlara cavab verən səviyyədə təşkil olunub. Qəbələdə olan inkişaf bir çox inkişaf etmiş ölkələrin regionlarında yoxdur”, - deyən millət vəkili gələcəkdə belə tədbirlərin daha da genişlənməsini arzuladığını bildirib. O, müasir gəncliyimizin Azərbaycanın inkişafında rolunu da yüksək qiymətləndirdiyini əlavə edib: “Tam arxayınam ki, bu cür gənclər gələcəkdə biz görə bilmədiyimiz işləri də görəcəklər”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov cəmiyyətimizin həyatında gənclərin rolundan danışıb, onlara uğurlar arzulayıblar.
Daha sonra isə tədbirdə diskussiyalar başlayıb.
Diskussiyalarda vətənpərvərlik, hərbi xidmət, sosial şəbəkələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkənin iqtisadi vəziyyəti və təhsil haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə YAP-ın gəncləri fəal olmalı, digər gənclərimizlə maarifləndirici işlər aparmalı, onları Azərbaycanın inkişafı barədə məlumatlandırmalıdırlar. Həmçinin, dünyanın Azərbaycanın inkişafından daha çox xəbər tutması üçün işlər görülməlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələrdə tarixən ermənilərin azərbaycanlılara qarşı xəyanətkar, satqın, düşmənçilik mövqeyindən söz açılıb. Qarabağ probleminin həllində, ərazi bütövlüyümüzün təmin olunmasında hər bir vətəndaşımızn üzərinə düşən işlərdən danışılıb.
ölkəmizin dünyada layiqli təmsil olunmasından, daha çox tanıdılmasından söz açılıb, ölkəmizin gələcəkdə gənclərizin əlində - əmin əllərdə olması qeyd olunub.
Təhsil sistemi haqqında, magistratura və doktorantura haqqında danışılıb. Bu məqsədlə Milli Məclisdə hərbi xidmətə möhlət verilməsi haqqında müzakirələr aparılacağının gözlənildiyi qeyd olunub.
Sonda millət vəkillərinə bir neçə gün ərzində gənclərin Qəbələdə istirahətini əks etdirən fotoslayd nümayiş olunub.
Qeyd edək ki, “Yay məktəbi”ndə gənclərin asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə münasibət qurması üçün lazımi şərait yaradılıb. İyulun 9-dək davam edəcək tədbirdə gənclər üçün intellektual və əyləncəli yarışlar da təşkil olunacaq. Eyni zamanda, “Yay məktəbi”ndə YAP-ı təmsil edən deputatlar, komitə sədrləri, eləcə də hökumət nümayəndələri gənclərin qonağı olacaqlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlandıran sualları cavablandıracaqlar.
Xatırladaq ki, respublikanın Qəbələ, Oğuz və Lerik rayonlarında keçiriləcək “Yay məktəbi”ndə ümumilikdə 600-dək gəncin iştirakı nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52

