Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mali hökuməti müdafiə nazirinin öldürüldüyünü təsdiqləyib

Mali hökuməti müdafiə nazirinin öldürüldüyünü təsdiqləyib

27.04.2026 [14:10]

Malinin müdafiə naziri Sadio Kamara öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət televiziyasında hökumət sözçüsü İssa Usman Kulibali məlumat verib.

Onun sözlərinə görə, Kamara aprelin 25-də yaraqlıların hücumu nəticəsində həlak olub. Hücumçular nazirin yaşadığı evə basqın ediblər.

Aprelin 26-da “Jeune Afrique” jurnalı da nazirin ölümü barədə məlumat yayıb. Bildirilir ki, paytaxt Bamakonun ətrafındakı Kati hərbi bazasında, müdafiə nazirinin iqamətgahı yaxınlığında partlayıcı maddələrlə yüklənmiş yük maşını partladılıb. Hadisə nəticəsində nazirin həyat yoldaşı və iki nəvəsi də həlak olub.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30