Sərhəd oyunu, yaxud Kalyurandın məsləhəti...
03.03.2023 [10:10]
Rəsmi İrəvan Aİ missiyasını delimitasiya prosesinə cəlb etməyə çalışır
Nardar BAYRAMLI
Ermənistan regionda gərginliyi artırmaq üçün “siyasi manevrlərini” davam etdirir. Bu dəfə rəsmi İrəvan Avropa İttifaqının (Aİ) monitorinq missiyasını Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə cəlb etməklə növbəti “cığallığa” başlayıb. Erməni tərəfi patrul xidmətini monitorinq missiyası adı ilə birtərəfli qaydada regiona gətirməsinin ardınca, delimitasiya prosesinə cəlb etməklə həmin missiyanın fəaliyyətini daha da “genişləndirməyə” çalışır. Belə bir məqsədi ilk olaraq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli kütləvi informasiya vasitələrinə açıqlayıb. O deyib ki, Avropa İttifaqının müşahidəçilərinin sərhədlərin delimitasiyası məsələlərində iştirak etmək mandatı yoxdur, lakin onlar bu məsələdə məsləhət vermək şəklində “faydalı” ola bilərlər. “Mülki missiya Ermənistan üçün çox vacibdir. Missiyanın Azərbaycan ərazisində olması arzuolunan olardı, amma bu baş vermədi. Ermənistan bunu sülh gündəminə töhfə verəcək sabitləşdirici amil hesab edir. Delimitasiya məsələsində onların məsləhətindən istifadə etmək faydalı olar”, - deyə Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi belə bir vəziyyətin yaranmasına görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) günahlandırmaqdan da çəkinməyib. Onun sözlərinə görə, KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur. Avropa Parlamentinin deputatı Marina Kalyurand isə bu mövzu ilə bağlı deyib ki, əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı Ermənistanla münasibətləri genişləndirə bilər. Kalyurand söyləyib ki, Ermənistan Rusiya ilə bir neçə təşkilatda müttəfiqdir: “Biz Ermənistanın KTMT-nin üzvü olmasını, eləcə də Rusiya və Belarusla Gömrük İttifaqında iştirak etməsini görməzdən gələ bilmərik. Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək”. Bu kimi fikirlər isə Ermənistanın geosiyasi güclərin əlində alət olduğunu bir daha təsdiqləyir.
Ümumiyyətlə, Ermənistan Avropa İttifaqı missiyasını delimitasiya prosesinə cəlb etməyə çalışmaqla nəyə nail olmaq istəyir? Missiyanın delimitasiya prosesinə qoşulması mümkündürmü? Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov Avropa İttifaqının ilk mülki missiyasının Ermənistana gəlməsinin və regionda yerləşməsinin Praqa görüşünün nəticəsində baş tutduğunu xatırladıb. Praqa bəyanatına nəzər salsaq görərik ki, bu missiyanın həm də delimitasiya işinə töhfə verməsi vurğulanırdı. Amma zaman keçdikcə biz missiyanın fəaliyyətinin müəmmalı olduğunu müşahidə etdik. 40 nəfərdən ibarət və iki ay müddətində fəaliyyət göstərən həmin missiyanın fəaliyyəti hələ də qaranlıqdır. Ötən il oktyabrın sonundan dekabrın sonunadək Ermənistanda olan missiya öz fəaliyyəti haqqında heç bir hesabat təqdim etmədi. Sadəcə, Ermənistan manipulyativ bəyanatlar versə də, öz iddialarını isbat edə bilmədi. Bütün bunların ardınca isə, bu il fevralın 20-də Avropa İttifaqının daha geniş tərkibli missiyası 2 illik müddətə Ermənistanda yerləşdirildi. Amma bu, Azərbaycanın razılığı olmadan baş verdi.
Politoloqun fikrincə, ölkəmizin razılığı olmadan belə bir addımın atılması həmin missiyanın arxasında təzadlı və xoşagəlməz geosiyasi problemlərin dayandığını göstərir. Həmsöhbətimiz qeyd edib ki, hazırkı şəraitdə sərhədlərin delimitasiyası işinə missiyanın tərkibindəki Aİ emissarları tərəfindən dəstək verilməsi birtərəfli olacaq: “Çünki missiyanın işində Azərbaycan iştirak etmir, o, ölkəmizin razılığı olmadan bölgəyə gəlib. Praqa görüşündə olduğu kimi, bu dəfə də missiyanın fəaliyyəti Azərbaycanla razılşadırılmalı və mövqeyimiz öyrənilməli idi. Amma belə olmadı. Azərbaycanın bu missiyanın işində iştirak etməməsinin çox obyektiv və real səbəbləri var. Nəzərə almaq lazımdır ki, delimitasiya prosesi Azərbaycan və Ermənistan arasındakı dövlət sərhəddi ilə bağlıdır. Buradan belə qənaətə gəlmək olar ki, ölkəmizin razılığı olmadan Avropa İttifaqının missiyası bu prosesə qoşula bilməz. Yəni, dövlətimiz onlarla əməkdaşlıq etməyəcək və bununla da Ermənistanın bu məqsədi reallaşmayacaq. Lakin rəsmi İrəvan avropalı emissarları birtərəfli qaydada öz tərəfindən prosesə cəlb edərsə delimitasiya işinin nəticələri qərəzli olacaq və Azərbaycana qarşı həqiqətə uyğun olmayan məqamlar yer ala bilər. Ona görə də, düşünürəm ki, bu missiyanın sərhədlərin delimitasiyası işinə cəlb olunmasını əvvəlcədən qərəzli hesab etmək olar. Bu prosesin özü, ümumilikdə, geosiyasi mərkəzlər arasında mübarizənin, ziddiyətlərin, fikir ayrılıqlarının, gələcəkdə isə münaqişələrin yaranmasına səbəb ola bilər”.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

