296-dan 1-i
18.11.2022 [10:13]
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməyə etiraz edən tək senator - NATALİ QULE
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qondarma və qərəzli qətnaməyə parlamentarilərin yalnız biri - Natali Qule etiraz etdi. Hər zaman həqiqətin yanında yer alan xanım Qule bu dəfə də haqqı nahaqqın ayağına vermədi. Hətta onun 1 səsi qətnamənin qəbulunu dayandırmağa bəs etməsə belə, N.Qule hər zaman olduğu kimi haqqı deməkdən çəkinmədi və öz mövqeyini ortaya qoydu. Tarixi gələcək mühakimə edir - bu mənada gələcəkdə Fransanın bu qətnaməsi mühakimə olunan zaman N.Qulenin tutduğu mövqe birmənalı şəkildə alqışlanacaq...
Azərbaycanın dostu...
Azərbaycan ictimaiyyətinə yaxından tanış olan, Nizami Gəncəvi Beynəlxalq mərkəzinin üzvü Natali Qule 1958-ci il mayın 24-də Paris ətrafındakı Bulon-Bilankurda anadan olub. İxtisasca hüquqşünas olan Qule özünün siyasi fəaliyyətinə 1999-cu ildə Orn departamentindən senator seçilmiş Daniel Qulenin köməkçisi kimi başlayıb. 2001-ci ilin sentyabrında isə Senatda onun rəsmi müavini təyin edilib.
2007-ci ildə parlament nümayəndə heyətinin tərkibində Yaxın Şərqə səyahət zamanı dünyasını dəyişən Daniel Qulenin əvəzinə Senatda fəaliyyətə başlayan xanım Qule 2011-ci ildə keçirilən seçkilərində ən çox səs toplayan senator oldu. Daha sonra Senatda Xarici İşlər və Müdafiə Komissiyasının sədr müavini vəzifəsini tutan N.Qule Fransa və Körfəz Ölkələri Parlamentlərarası Əməkdaşlıq Qrupunun sədri, Fransa - Monqolustan və Fransa - Mərkəzi Asiya əməkdaşlıq qruplarının sədr müavini, Fransa-Avstraliya əməkdaşlıq qrupunun üzvü kimi də fəaliyyət göstərib. 2012-ci ildə prezident seçkilərinin ikinci turunda Fransua Ollandı dəstəkləyən N.Qule Türkiyə və ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməyin tərəfdarı kimi çıxış edib.
Hər zaman Azərbaycanın dəstəkçisi kimi çıxış edən və Azərbaycanla əməkdaşlıq qrupunun rəhbəri olan N.Qule 2016-cı il aprelin 3-də, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlamasından bir gün sonra Ermənistanın hərəkətlərinin pislənməsini və Azərbaycana dəstək tələbi ilə BMT-yə müraciət edən ilk siyasətçi olub. 2020-ci il Vətən müharibəsi dövründə də N.Qule Azərbaycanı birmənalı şəkildə dəstəkləyib, qələbə münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Azərbaycana qarşı dost münasibətinin qarşılığı olaraq 2014-cü ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
Quledən qəti mövqe: Azərbaycan düzgün yoldadır
Yeri gəlmişkən, 295 deputata qarşı Azərbaycanı müdafiə edən Natali Qule qəbul edilən qətnamənin heç bir qüvvəsinin olmadığını bəyan edib. “Mən bu sənədin əleyhinə səs verdim, çünki əminəm ki, Azərbaycan düzgün yoldadır. Həmişə olduğu kimi, qətnamə Fransadakı güclü erməni lobbisinin təsiri ilə qəbul edilib”, - deyə bu qətnamənin əleyhinə səs verən yeganə senator bildirib.
N.Quli qeyd edib ki, qəbul edilən qətnamənin qüvvəsi yoxdur: “Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Sənəd məcburi deyil. O, Fransa hökumətinin mövqeyini dəyişə bilməyəcək. Və ümumiyyətlə, unutmayaq ki, Fransanın həmsədrlik etdiyi Minsk Qrupu artıq mövcud deyil”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

