Azərbaycanda respondentlərin 95,3 faizi Prezidentə etibar edir
17.11.2022 [13:39]
İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilir
Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən Prezident İlham Əliyevin yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib.
STM-dən yeniazerbaycan.com-a verilən məlumata görə, 2022-ci ilin may-avqust aylarını əhatə edən sorğunun əsas məqsədi dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə ictimai münasibəti öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır. Belə ki, qeyd edilən dövrdə ölkə rəhbəri müxtəlif beynəlxalq və yerli səviyyəli görüşlərdə iştirak edib, xarici ölkələrə rəsmi və işgüzar səfərlərdə olub, müşavirə, müsahibə və mətbuat konfranslarında çıxış edib, müxtəlif qəbullar keçirib, xarici ölkə rəhbərləri və rəsmiləri ilə telefon danışıqları aparıb, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə edən çoxsaylı təməlqoyma və açılış mərasimlərini həyata keçirib. Bütün bu amilləri nəzərə alıb cari sorğuda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələrə ictimai münasibət öyrənilib.
Təqdim edilən rəy sorğusunda respondentlərə aşağıdakı istiqamətlər üzrə suallar ünvanlanıb:
Əhalinin Prezidentə, Birinci vitse-prezidentə, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi;
Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
Dövlət orqanlarının fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
Postmüharibə dövründə Prezidentin sülh gündəliyi;
Böyük qayıdışa hazırlıq və quruculuq işlərinə ictimai münasibət;
Əhalini narahat edən əsas problemlərin və Prezidentdən əsas gözləntilərin müəyyənləşdirilməsi;
Prezidentin informasiya-kommunikasiya siyasətinin qiymətləndirilməsi.
Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.
Sorğunun nəticələrinə əsasən respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib.
Rəyi soruşulanların 90,7%-i Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb. Birinci vitse-prezidentə münasibətdə sorğu iştirakçılarının 75.4%-i tam etibar etdiyini, 15.3%-i əsasən etibar etdiyini bildirib.
Dövlət başçısının bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda hərbi quruculuq (78.9% çox yaxşı, 15.8% əsasən yaxşı); xarici siyasət (73.6% çox uğurlu, 20.4% əsasən uğurlu); informasiya-kommunikasiya siyasəti (73.0% çox yaxşı, 20.5% əsasən yaxşı); milli təhlükəsizliyin təmin edilməsi (67.5% çox yaxşı, 25,5% əsasən yaxşı) qərarlaşıb.
Sorğu nəticələrinin təhlili göstərir ki, respondentlərin əksəriyyəti Prezidentin xarici siyasət sahəsindəki fəaliyyətini izləyir və yüksək qiymətləndirir. Belə ki, rəyi soruşulanların 73.6%-i Prezidentin xarici siyasət sahəsində fəaliyyətini çox uğurlu, 20.4%-i isə əsasən uğurlu qiymətləndirib.
Nəticələrin təhlili respondentlərin əksəriyyətinin mənsub olduğu yaş qrupundan, təhsil və gəlir səviyyəsindən, yaşayış yerindən asılı olmayaraq Prezidentə və Birinci vitse-prezidentə inam və etimadının yüksək olduğunu göstərir.
NİCAT
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

