Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
23.02.2011 [01:11]
Milli Məclisin dünən keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsinə baxılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, MSK-nın 18 nəfərlik tərkibi 6 nəfər parlamentdə çoxluqda olan partiyanın, 6 nəfər azlıqda olan partiyaların, 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən ibarət formalaşdırılmalıdır.
Milli Məclisdə çoxluğu təmsil edən Yeni Azərbaycan Partiyasının (YAP) MSK üzvlüyü üçün təqdim etdiyi nümayəndələr Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucovdan ibarətdir.
Mikayıl Rəhimli (BAXCP), Almas Qəhrəmanlı (VHP), Akif Qurbanov (üP), Tamam Cəfərli (DİP), Bəxşeyiş Əsgərov (BQP), Etibar Quliyev (AVP) azlığı təmsil edən siyasi partiyaları, Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov isə siyasi partiya mənsubiyyəti olmayan deputatları təmsil edirlər. Bunlardan Natiq Məmmədovun namizədliyi Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb.
Müzakirələr zamanı bəzi deputatlar MSK-nın formatına etiraz etsələr də, YAP İcra katibinin müavini, millət vəkili Siavuş Novruzov onların iddialarını əsassız hesab edib. “Azərbaycanda Mərkəzi Seçki Komissiyasının tərkibinin formalaşdırılması qanunvericiliyə uyğun həyata keçirilir. Komissiyanın tərkibinin formalaşması bərabər əsaslarla reallaşdırılır” -deyə, o, vurğulayıb.
S.Novruzov bildirib ki, MSK-nın tərkibi parlamentdə çoxluğu və azlığı təmsil edən siyasi partiyaların, eləcə də, bitərəflərin nümayəndələri tərəfindən paritet əsaslarla təşkil olunur. Onun sözlərinə görə, bu formata qarşı çıxan partiyaların arqumentləri ciddi deyil.
“Parlamentdə heç bir siyasi partiyanın üzvü olmayan xeyli sayda deputat var. Təbii ki, MSK-ya nümayəndələr təqdim etmək də onların qanuni haqqıdır. Yəni, MSK-nın formalaşmasında ən optimal variant götürülüb ki, bu da cəmiyyət tərəfindən tam dəstəklənir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Müzakirələrdən sonra MSK-nın üzvləri və əvəzedici üzvləri təsdiq edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

