Cenevrə görüşü nə vəd edir?
01.10.2022 [10:15]
XİN rəhbərləri sülh mətni üçün bir araya gəlir
Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək. XİN-in bu barədə açıqlamasında bildirilir ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi: “Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”.
Məlum olduğu kimi, avqustun 31-də keçirilən Brüssel görüşü müsbət məqamları ilə yadda qalsa da, sonrakı hadisələr prosesin axarına neqativ təsirlər göstərib. Belə ki, sentyabr ayı ərzində Ermənistan tərəfinin həyata keçirdiyi hərbi təxribatlar sülh gündəliyni sual altına salmışdı. Digər tərəfdən, İrəvanın siyasi dairələrinin revanşizm ritorikasına qayıdışı da prosesi mənfi istiqamətə yönəldirdi. Amma deyəsən, vəziyyət yenidən stabilləşir. XİN rəhbərləri arasında görüş də Brüssel danışıqlarının nəticəsi kimi baş tutur. Razılaşmaya əsasən, XİN rəhbərləri sülh müqaviləsinin mətninin hazırlanmsı istiqamətində müzakirələr aparmalıdırlar. Eyni zamanda, oktyabrın 6-da Praqada baş tutacaq Aİ çərçivəsindəki tədbirdə də Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü də istisna olunmur. Oktyabrın 2-də baş tutacaq görüş Azərbaycan və Ermənistan liderlərinin görüş öncəsi hazırlıq prosesi kimi də qiymətləndirilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan tərəfi avqustun 31-də baş tutan Brüssel görüşündə əldə olunan razılığın yerinə yetirilməməsi ilə bağlı çoxsaylı təşəbbüslər həyata keçirdi. Bununla belə, onların arzuları reallaşmadı. Xüsusilə, 12-14 sentyabr tarixlərində Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar ordumuz tərəfindən qətiyyətlə cavablandırıldı: “Ermənistanın legitim hərbi hədəfləri və atəş nöqtələri məhv edildi. Azərbaycan hər zaman bildirib ki, sülh gündəliyinə uyğun olaraq proseslərin davam etdirilməsində maraqlıdır. Digər önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycanın sülh gündəliyinə uyğun olaraq irəli sürdüyü beş maddəlik təkliflər Ermənistan tərəfindən qəbul olunub. Bu təkliflər Ermənistanın ərazi bütövlüyü və suverenliyinə heç bir təhlükə yaratmır. O baxımdan, sülh müqaviləsini imzalamaq olar və bu, arzuolunandır. Düşünürəm ki, Azərbaycanın və Ermənistanın qarşılıqlı surətdə ərazi bütövlüyünü tanıması ən önəmli məsələdir və Cənubi Qafqazda dayanıqlı sülhün möhkəmləndirilməsi istiqamətində əsas addımdır. Eyni zamanda, Azərbaycana qarşı Ermənistan tərəfi heç bir ərazi iddiaları ilə çıxış etməməlidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri toxunulmaz olaraq qalmalıdır. Rəsmi İrəvan çoxsaylı cəhdlər göstərsə də, xüsusilə Parisə və Vaşinqtona müraciətlər etsə də, istədiyinə nail ola bilmədi. Azərbaycanın siyasi qətiyyəti və sülh istiqamətində tutarlı mövqeyi hamıya bəllidir. ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşavirinin başçılığı ilə Ermənistan və Azərbaycan xüsusi nümayəndələri arasında keçirilmiş görüş də məhsuldarlığı ilə seçildi. Orada da Brüssel danışıqlarında müzakirə olunan məsələlər öz əksini tapdı. Hazırda avqustun 31-də əldə olunmuş razılığa əsasən XİN rəhbərlərinin sülh müqaviləsinin mətni ilə bağlı müzakirələr aparmaq istiqamətində görüşü planlaşdırılır. Bu da Azərbaycanın siyasi iradəsi sayəsində baş verir”.
Aİ-nin Praqada keçiriləcək tədbiri çərçivəsində ehtimal olunan görüşə gəldikdə isə, politoloqun fikrincə, XİN rəhbərlərinin görüşü həm də ali səviyyədə keçirilməsi planlaşdırılan görüşə hazırlıq məqsədi daşıya bilər. “Düşünürəm ki, diplomatların üzərinə böyük məsuliyyət düşür. Hazırda regionun gələcəyi baxımından taleyüklü məsələlər müzakirə olunmaqdadır. Ona görə də tərəflərin məsuliyyətli və praqmatik yanaşması əsas şərtdir. Ermənistan üzərinə düşən öhdəliklərdən dəfələrlə boyun qaçırıb və məsuliyyəti üzərindən atıb. Lakin hazırda qlobal miqyasda da mühüm geosiyasi proseslərin getdiyi zamanda Cənubi Qafqazda etimad mühitinin və sülhün gücləndirilməsi önəmlidir. Şarl Mişelin bəyanatına əsaslansaq, noyabra qədər region tamamilə yeni bir mərhələyə qədəm qoymalıdır. Keyfiyyətcə yeni münasibətlər sistemində Ermənistan da yer ala bilər. Bu kontekstdə Zəngəzur dəhlizi böyük güclərin maraq dairəsindədir. Rəsmi İrəvan sülh prosesinə müsbət yanaşacaqsa, bu, Ermənistanın dövlətçiliyi üçün də müsbət nəticələr verə bilər. Əks halda, Ermənistan geosiyasi dalan olmaqdan birdəfəlik yaxa qurtara bilməyəcək”, - deyə İ.Hüseynov əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

