/ / Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı nəşri işıq üzü görüb
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Azərbaycan vahid və bölünməz Avropada" adlı nəşri işıq üzü görüb
25.01.2011 [09:26]
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazanıb. Həmin dövrdən başlayaraq Avropa dövlətləri, onları təmsil edən demokratik institutlar, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir.
1992-ci il yanvarın 24-də Azərbaycanın Milli Məclisi “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etsə də, yalnız ümummilli lider Heydər Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsində 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verib. 2001-ci il yanvarın 17-də isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv seçilməsi ilə bağlı qərar qəbul edilib.
2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı təntənəli mərasimdə çıxış edən ümummilli lider Heydər Əliyev bu mühüm məqamı belə qiymətləndirib: “Bu gün biz mühüm tarixi anlar yaşayırıq. Vahid və bölünməz Avropanın tərkib hissəsi olan Azərbaycan Respublikası Avropanın mötəbər, nüfuzlu təşkilatına - Avropa Şurasına daxil olmuşdur”.
Qeyd etmək yerinə düşər ki, “Azərbaycan vahid və bölünməz Avropada” kitabının adı ümummilli liderin yuxarıda verilən fikirlərindən qaynaqlanıb.
İlk dövrlərdə AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri olmuş Prezident İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə birinci sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılıb. Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti nəticəsində AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul edilmiş qətnaməsində Ermənistan rəsmən təcavüzkar dövlət kimi tanınıb.
Kitabda Azərbaycan-Avropa Şurası münasibətləri, bilavasitə ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin çıxışları və təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi mühüm sənədlərin dili ilə şərh edilir.
Kitaba ön sözün müəllifi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.
Elmi məsləhətçilər Almaniya Bundestaqının deputatı (1976-2009), parlamentin dövlət katibi (1991-1998), AFR-in daxili işlər nazirinin müavini (1992-1998) olub, hazırda Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin icraçı direktoru Eduard Lintner və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.
“Azərbaycan vahid və bölünməz Avropada” kitabı beynəlxalq münasibətlər üzrə tədqiqatçılar, mütəxəssislər, politoloqlar və tələbələr üçün dəyərli mənbədir.
Kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik etdiyi yaradıcı heyət tərəfindən ərsəyə gətirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09

