Azərbaycan ordusunun qəhrəman əsgərləri
12.11.2010 [09:55]
Bir neçə gün öncə Azərbaycan xalqı iki igid övladını, Milli Qəhrəman Mübariz İbrahimovu və baş leytenant Fərid Əhmədovu son mənzilə yola saldı. Vida mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onların düşmənə qarşı qəhrəmancasına döyüşdüyünü bildirdi: “Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir”.
Xatırladaq ki, hər iki qəhrəman öz canını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə yüksəlib. Onların bu addımı növbəti dəfə bir həqiqəti ortaya çıxardı: XXI əsrdə-Vətən, torpaq, cəsurluq anlayışlarının artıq tarixə çevrildiyi, yaddaşların arxivinə gömüldüyü bir vaxtda Azərbaycan əsgəri, Azərbaycan kişisi torpağının azadlığı yolunda qəhrəmanlıqla ölümə atılır.
Məlumat üçün deyək ki, düşmən tərəf - işğalçı Ermənistan bütün sivil qaydaları pozaraq hər iki qəhrəmanın nəşini Azərbaycana qaytarmaqdan imtina edirdi. Zaman-zaman öz mənəviyyatsızlığını büruzə verən düşmən son addımı ilə ənənəsinə sadiq qaldığını ortaya qoyurdu.
Lakin “Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında həlak olmuşlar” deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, eyni zamanda, öz qəhrəman əsgərinin nəşini düşməndən geri almağı da bacardı. Bunun üçün dövlət başçısı bütün vasitələri işə saldı və növbəti dəfə dünyanın qınaq obyektinə çevriləcəyini görən düşmən tərəfi geri çəkilmək məcburiyyətində qaldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı qalib gəldi! O həmişə qalibdir!
Bunu hər kəs bilməlidir ki, Mübariz İbrahimov və Fərid Əhmədov kimi əsgərləri olan ordu heç vaxt məğlub ordu ola bilməz. Azərbaycan ordusuna “məğlub” deyən Vətən oğlu, Vətən qızı! Ordu məğlub deyil, sadəcə, torpaqlarımızı siyasi oyuna qoyan, bizi çevrələmiş beynəlxalq güclərin pərdəarxası oyunlarının “peşka”sına çevrilən, başına silahlı dəstə yığıb qəlbi Vətən atəşinə yanan igidlərimizi öz ambisiyalarına qurban verən o zamankı hakimiyyət, siyasi oyunbazlar məğlubiyyətə uğrayıblar və bu gün işğalda olan torpaqlarımız həmin məğlubiyyətin nəticəsidir.
Müstəqil Azərbaycan ordusunun formalaşması dövrü isə bütün bu siyasi oyunlara son qoyulandan sonra başladı və artıq yetərincə güclü, çevik və qüdrətli olan bu ordu heç vaxt məğlub adlana bilməz. Azərbaycan ordusu Mübarizlər, Fəridlər ordusu, Azərbaycan xalqı öz övladına vətənpərvərlik, qəhrəmanlıq hisslərini qan yaddaşı ilə ötürən xalqdır. Və bir daha təkrar edirik ki, belə bir xalqın ordusu məğlub ola bilməz.
Mübariz İbrahimovun və Fərid Əhmədovun qəhrəmanlığı sübut etdi ki, Azərbaycan xalqının genetik ənənəsini heç bir surroqat ideya, təbliğat və idelogiya ilə parçalamaq, qırmaq mümkün deyil. Bu xalq yaranandan, formalaşmağa başladığı qədim dövrlərdən torpaq və namus anlayışları üstündə ölümə getmək ənənəsi də formalaşıb. Qarabağ müharibəsinin acı həqiqətlərindən olan Qubadlı, Laçın işğallarını xatırlayaq. Qız-gəlinlərimiz düşmən əlinə keçməsin deyə özünü qayadan atırdı. Bu tarixi faktlar bizim ən qədim folklor nümunələrində, yaxın tarixi hadisələrimizdə var. Müasirlərimiz olan soydaşlarımız da bu qəhrəmanlığı təkrarlayırlar. Bu bizim xalqın fəxr, qürur duyduğu mənəvi zənginliklərindəndir. Mübariz və Fərid qəhrəmanlığı da bu zənginlikdən qidalanıb, bu mənəviyyatın zirvəsinə çevrilib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev vida mərasimində hər iki qəhrəmanın həyat yoluna qısa bir nəzər saldı. Onların qəhrəmanlıq faktını bir daha xatırlatdı. Hər ikisinin həlak olandan sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunduğunu vurğuladı. Əslində, bu xatırlatma, bu vurğu Azərbaycanı münaqişə zonası olan dövlət kimi diqqətdə saxlayan beynəlxalq güclərə bir mesaj idi: Azərbaycan əsgərinin həlak olduğu torpaq onun Vətənidir. Azərbaycan əsgəri Ali Baş Komandanı üçün ən yüksək mükafata-Milli Qəhrəman adına layiq görüləcək qədər əziz və şərəflidir. çünki o qəhrəman Vətənin, torpağın çağırışına hay verib.
Əminik ki, həlak olan qəhrəmanlarımızın dəfn mərasimini dünyanın hər yerindən izlədilər. Yəqin ki, xarici ölkələrdə bir neçə gün öncəyə qədər nəşi düşmən əlində qalan AZƏRBAYCAN ƏSGƏRİ-nin xatirəsi önündə həmrəylik göstərən xalqımızı da gördülər. Cənab Prezidentin söylədiyi kimi, “Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi”.
Bu, bir daha sübut etdi ki, Azərbaycan xalqı məhz Vətən və torpaq anlayışları ətrafında həmrəy olmağı, birləşməyi, polad kimi möhkəm və əyilməz olmağı daha yaxşı bacarır. Keçmişdə də, indi də.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həm düşmənlərimizə, həm də onların xarici havadarlarına mesaj da verdi: “Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Bəli, Azərbaycan xalqı bu həqiqətin bir gün çin olacağına zərrə qədər şübhə etmir. Əgər etsəydi bu gün Mübariz və Fərid kimi qəhrəmanlarımız olmazdı. Azərbaycan ordusunda isə Mübariz və Fərid kimi qəhrəmanlar minlərlə, on minlərlədir.
Kəbutər
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

