Son qərar mayın 16-da verilə bilər
14.05.2022 [11:30]
Putin KTMT-ni yığır - Təşkilat NATO-ya müqavimət göstərə biləcəkmi?
P.İSMAYILOV
Mayın 16-sı müasir dünya tarixinə bir sıra mühüm siyasi qərarların veriləcəyi gün kimi düşə bilər. Belə ki, Finlandiya və İsveçin mayın 16-da Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edəcəkləri ilə bağlı xəbərlər artıq öz təsdiqini tapıb. Bu isə NATO-nun Rusiyanın şimal qonşuluğuna “köçməsi” deməkdir. Rusiya isə belə bir halla razılaşmadığını, əks təqdirdə, hətta hərbi yola əl atacağını istisna etmir.
Digər tərəfdən isə, eyni gündə Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək. Bununla bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı, quruma üzv dövlətlərin Zirvə toplantısı baş tutacaq. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın baş naziri Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəyi də gözlənilir.
Bəzi siyasi ekspertlər Zirvə toplantısının proqramının ən aktual məsələyə - Rusiya - NATO münasibətlərinə fokuslanacağından əmindir. Skandinaviya ölkələr?nin NATO-ya qəbulu Kremli Alyansla üz-üzə qoya bilər. Belə olan halda isə Rusiya özünün hərbi müttəfiqlərinə - KTMT üzvlərinə güvənməli olacaq. Bəs KTMT ölkələri bu “müharibə çağırışına” hazırdırlarmı? Və ya KTMT-nin NATO qarşısındakı şansı nə qədər dəyərləndirilə bilər?
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə KTMT-nin NATO ilə qarşıdurmaya gedəcəyini inandırıcı saymır. İ.Vəlizadə qeyd edib ki, KTMT-yə daxil olan ölkələr bütün qərarları konsensus əsasında qəbul edirlər. Üzv ölkələrindən biri veto qoyarsa, müzakirələr nəticəsiz hesab olunur. Yəni, qərarların çıxarılmasına veto hüququ əhəmiyyətli dərəcədə təsir göstərir: “KTMT üzvlərinin bəziləri Ukrayna məsələsində birmənalı mövqe sərgiləmir. Rusiya ilə hərbi ittifaqda olan bir sıra dövlətlər Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırlar. Buna misal olaraq Qazaxıstanı göstərmək olar. Eləcə də, KTMT-nin elə üzvləri var ki, Qərb ölkələri ilə ilə münasibətlərini normal şəkildə davam etdirmək niyyətindədirlər”.
İ.Vəlizadənin firkincə, iki ittifaqın hərbi güclərini müqayisə edəndə NATO-nun daha üstün göründüyü faktdır. Şimali Atlantika Alyansı yalnız bir parametrə görə KTMT-yə, daha doğrusu Rusiyaya uduzur. “Hərbi gücləri müqayisə etsək, NATO yalnız nüvə başlıqlarının sayında Rusiyadan geri qalır. Rusiyanın nüvə başlıqlarının sayı NATO ölkələrinin ümumi nüvə başlıqlarının sayından çoxdur. Hərbi büdcədən tutmuş texniki təminata qədər qalan parametrlərdə NATO daha üstündür. Bununla yanaşı, NATO ordusunun şəxsi heyətinin hazırlıq səviyyəsi də güclüdür. Bir sözlə, NATO öz hərbi qüdrətinə görə Rusiya və bütövlükdə KTMT-ni üstələyir. Əgər Rusiya Finlandiya və ya İsveçin NATO-ya tamhüquqlu üzv olması ilə bağlı hərbi müstəvi qərar qəbul edərsə, KTMT-yə arxayın olmamalıdır. Bunun bir sıra obyektiv səbəbləri də mövcuddur. Birincisi, coğrafi baxımdan KTMT-nin bütün üzvləri bir Belorusu çıxmaq şərtilə Asiya ərazisindədir. Onların müharibə zonası ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Məsafə çox uzaqdır. İkincisi isə, KTMT-nin məsələyə baxışı monolit, yekdil deyil. Məsələn, NATO-nun Ukrayna məsələsinə münasibəti birmənalıdır. Hətta Yunanıstan və Türkiyə kimi Moskva ilə əlaqələri müsbət dəyərləndirilən ölkələr belə Rusiyanı bu məsələdə haqsız tərəf sayırlar. Amma KTMT-də vəziyyət fərqlidir,” - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58

