Hədəf Krasnodar vilayətidir
11.05.2022 [10:24]
Ermənilərin Rusiyaya torpaq iddiası...
Ermənilər yeni iddialarla gündəmə gəlməyə çalışırlar. Belə ki, Türkiyə, Azərbaycan və Gürcüstanın ardından indi də Rusiyaya ərazi iddiası irəli sürülür. Rusiyanın hazırki durumundan maksimum yararlanmağa çalışan ermənilər bu ölkənin bəzi vilayətlərinin “qədim erməni diyarı” olduğunu sübuta yetirməyə “səy göstərirlər”. Məsələn, erməni müəllif Qalust Qriqoryan bildirir ki, hazırda Rusiya aşkar təcrid olunub və rus ordusu ən zəif dövrünü yaşayır. İndiki məqamda vaxtilə çar Rusiyası və ya SSRİ tərəfindən Rusiyaya birləşdirilən torpaqların iddiasını qaldırmaq vaxtıdır. Erməni müəllif yazır ki, proseslərin inkişafı Rusiya üçün bir kabusa çevrilə bilər. Və əsl məqsədini də bunun ardınca ortaya sürür. Onun fikrincə, bu hal baş verərsə, ermənilər Krasnodar vilayətinin şərqində 200 minlik böyük şəhər olan Armaviri “unutmamalıdırlar”: “Armaviri 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərin arasındakı “Çərkəz erməniləri” salıb. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyırdı. Həmçinin digər böyük erməni şəhəri indiki Rostov-na-Donun ən böyük rayonlarından biri olan Naxçıvan-na-Donudur. 1928-ci ilə qədər Nor-Naxçıvan ayrıca erməni yaşayış məntəqəsi idi”.
Qriqoryanın erməni xəstəlyindən qaynaqlanan sərsəmləmələri isə bununla bitir: “Müasir Rusiya ərazisində erməni şəhərlərini çox sadalamaq olar. Ancaq onları xatırlamaq deyil, həm də doğma limana qayıtmağa hazır olmaq daha vacibdir. İndiki halda hər birimiz bu haqda düşünməliyik”.
Göründüyü kimi, erməni məkri yenə də iş başındadır. 1980-ci illərin sonunda Sovet İttifaqında baş verən siyasi gərginliklərdən, böhrandan istifadə edərək Azərbaycana qarşı əsassız iddialar irəli sürən ermənilər indi də “qardaş” adlandırdıqları Rusiyanın kürəyinə bıçaq saplamaq üçün fürsət axtarırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov bildirib ki, erməni məkri, erməni iddiaları ilə bağlı dünyada kifayət qədər məlumatlar mövcuddur. Böyük Ermənistan iddiası, 24 aprel xülyası kimi uydurmalar hər kəsə bəllidir. Ermənilər öz maraqlarına çatmaq üçün yalanlar uydurur və müəyyən dövlətləri də buna inandıra bilir. Uydurulan bütün yalanlar isə türk-müsəlman dünyasına qarşıdır. Bu səbəbdən də bir çox hallarda həmin yalanlar bəzi dövlətlər tərəfindən dəstəklənir: “Amma Rusiya ilə bağlı düşüncə belədir. Birincisi, o torpaqların hamısı Rusiyaya qədər Osmanlı imperiyasına məxsus olub. Osmanlı-Rusiya müharibələri nəticəsində həmin torpaqlar Rusiyaya keçdi. Əgər o torpaqlarda bir neçə erməni yaşayıbsa, o demək deyil ki, ora ermənilərindir? Bu gün Fransanın Marsel şəhərində ermənilər kompakt şəkildə yaşayırlar. Bu o deməkdir ki, yaxın gələcəkdə ermənilər o şəhərə də iddia edəcəklər?”
Millət vəkili vurğulayıb ki, dünyada “çərkəz ermənisi” adlı anlayış yoxdur. Ermənilərin bütün yalanları kimi bu anlayış da uydurmadır. “Həmin regionda Naxçıvan adlı şəhər də olmayıb. Olsaydı belə bu şəhər ermənilərin deyil, bizim olmalı idi. Ermənilər hər zaman situasiyadan ustalıqla istifadə etməyə çalışıblar. Bu gün də öz məkrli amplualarındadırlar. Ən maraqlısı isə odur ki, görək rus tarixçiləri və politoloqları bu iddialara necə cavab verəcəklər”, - deyə A.İsgəndərov əlavə edib.
P. İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

