Ətrafındakılara layiq liderlər
20.10.2010 [09:33]
Bütün demokratik dövlətlərdə iqtidarda olan siyasi qüvvələrə rəqib - güclü müxalifət var. Bu müasir dünya şərtlərində qəbul edilmiş bir aksioma olaraq qarşıya çıxır. Məhz bu səbəbdən də bir çox siyasilər müxalifətin və müxalifətçiliyin əhəmiyyətindən danışarkən vurğulayırlar ki, ölkədə güclü demokratiyanın olması müxalifət partiyalarının da fəaliyyətindən asılıdır. Bu, Avropada da belədir, okeanın o tayındakı ABŞ-da da, Avstraliyada da. Amma niyəsə dünyanın hər yerində qəbul olunmuş bu aksioma Azərbaycana gələndə mahiyyətini dəyişir.
Azərbaycanda demokratiyanın inkişafı, sadəcə, xalqın iradəsindən və hakimiyyətin atdığı addımlardan asılıdır. Doğrudur, hakimiyyət bu yolda əlindən gələni edib və etməkdə davam edir. Amma demokratiya bütöv bir cəmiyyətin inteqrasiyasını əhatə etdiyindən hökumətin səyləri ilə kifayətlənmək düzgün deyil. Bu prosesdə hakimiyyətin səyləri nə qədər əhəmiyyət daşıyırsa, vətəndaş cəmiyyətinin, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti də bir o qədər böyük əhəmiyyət kəsb edir. Amma Azərbaycan müxalifəti bu reallığı dərk etmir və daşımalı olduğu missiyanı bir kənara qoyub qeyri-qanuni, siyasi etika və əxlaqa, normal insan davranışlarına uyğun olmayan işlərlə məşğuldur. Onların bu günə qədər hansı yolla siyasi səhnədə qaldıqlarını, varlıqlarını mühafizə etmək üçün nələrə hazır olduqlarını, millət, vətən anlayışlarının onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini yaxşı bilirik. Bu gün özünü hakimiyyətə alternativ sayan, iqtidara gəlmək iddiasında olan Əli Kərimlilərin, İsa Qəmbərlərin siyasi karyeralarında yol verdikləri qanunsuzluqlar hamımıza yaxşı bəllidir. Sadəcə, bir neçə faktı sadalamaqla, əslində, bu insanların mahiyyətini də kifayət qədər açıq izah etmək mümkündür.
AXCP-nin Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin məşhur qalmaqalı yəqin ki, hələ də yaddaşlardan silinməyib. Onun erməni xəfiyyələri ilə badə toqquşdurması, ermənilərin şəninə sağlıqlar yağdırması, Azərbaycanda iğtişaşlar törədəcəklərinə dair vədlər verməsi və bunun müqabilində pul alması faktlarını bu gün də xatırlayırıq.
Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin “3 palma” əhvalatı da elə asanlıqla unudula bilməz. 26 fevralda Azərbaycan xalqı Xocalıda baş verən soyqırımı qurbanlarını anarkən, bu dəhşətli qətliamları törədənlərə lənətlər yağdırarkən, Qənimət Zahid adıçəkilən istirahət mərkəzində gününü gün etməklə məşğul idi.
Və yaxud, başqa bir fakta nəzər yetirək. Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin törətdiyi cinayət əməlinin necə müdafiəsi ola bilər? Azərbaycan vətəndaşının evinə basqın edərək külli miqdarda pul oğurlanmasına haqq qazandırmaq mümkündürmü? Maraqlıdır, görəsən partiyada Əli Kərimliyə ən yaxın adamlardan biri, bəlkə də birincisi kimi bilinən Qabilin bu cinayətdən əldə etdiyi gəlirlər kimə və hara xərclənib?
“Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun bir neçə gün öncə sosial şəbəkədə yayımlanan video rolikini isə, sadəcə, ikrah hissi ilə qarşıladıq. Azərbaycan kişisinə yaraşmayan hərəkətlərə yol verən Azər Əhmədovu hansı üzlə müdafiə etmək olar?
Keçmiş qəbahətləri bəs deyilmiş kimi, elə bu günlərdə ermənilərlə əməkdaşlıq haqqında müqavilə imzalayan İsa Qəmbərin bu mövqeyini necə qəbul edəsən. Azərbaycan xalqı nə belə əxlaqı, nə belə siyasəti, nə belə siyasətçiləri, nə də belə müxalifətçiliyi əsla qəbul etmir.
Bəli, bu faktlar həmin düşərgənin təmsilçilərinin, xüsusilə də Əli Kərimlinin yaxın ətrafının rol aldıqları qəbuledilməz halların, sadəcə, bir neçəsidir. Və bu faktların sıralarını daha da genişləndirə bilərik. Amma hesab edirik ki, buna ehtiyac yoxdur və sadalanan faktlar, əslində, hakimiyyətə gəlmək iddiasında olan Əli Kərimlinin ətrafı haqqında dolğun bilgiyə malik olmağa imkan verir. Bu, həm də Əli Kərimlinin “liderlik” qabiliyyətini tam çılpaqlığı ilə üzə çıxarır. Belə demək mümkündürsə, Əli Kərimli məhz ətrafındakılara layiq liderdir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

