Yeni Azərbaycan Partiyası öz siyasi manevrləri ilə müxalifəti siyasi rinqdə "nokdauna" salıb
14.10.2010 [09:29]
Parlament seçkiləri yaxınlaşdıqca müxalifət partiyaları və onların ruporları olan mətbuat orqanları öz üslublarını bərpa ediblər. Bugünkü müxalifət liderlərinin nitqlərinin, qəzetlərinin isə mövzularının 15 il öncə ilə müqayisədə bir detalı da dəyişməyib. Onlar yenə də rəqiblərinə qarşı əsassız iddialar səsləndirir, böhtan kampaniyası aparırlar, qara piarla məşğuldurlar. Amma unudurlar ki, ən sadə oxucu belə bu yalanların nəyə xidmət etdiyini, nəyə ünvanlandığını yaxşı bilir. çünki biz bunu Azərbaycan təcrübəsində dəfələrlə görmüşük. özünü hakimiyyətə alternativ hesab edən qüvvələrin fəaliyyət marşrutları 3-4 mərhələdən ibarət olur.
Birinci mərhələdə onlar mətbuata tez-tez açıqlamalar verir, tədbirlərə qatılır, fəaliyyətsizlik buzunu əritməyə başlayırlar. İkinci raundda daha çox Azərbaycanda akreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkə səfirliklərində görüşlər keçirirlər. Bu da ona işarədir ki, müxalifətçilərin bütün fəaliyyətləri xarici qüvvələrin diqtəsindən asılıdır və onların maliyyə dəstəyini almağa hesablanıb. Belə görüntü yaradırlar ki, guya bu görüşlərin hər birində elə bir konfidensial məqamlar var ki, onları açıqlamaq məqbul deyil, bunun hesabına da çox böyük xarici dəstəklə hakimiyyət uğrunda mübarizə aparırlar. üçüncü hissədə isə qanunvericilik bazasının təftişi üzərində, xüsusilə də, komissiyalar uğrunda bir savaş başlanır. Dördüncü raund - bu raund həm də “finiş” hesab olunur. Müxalifət bütün hazırlığını (mı?) başa vurur və kimiləri seçkilərə, kimiləri evlərinə gedir. Bundan sonra isə çarx tərsinə işləməyə başlayır. Seçkilərdə məğlub olan, ya da məğlub olacağını əvvəlcədən dərk edən qüvvələr bu durumun səbəbini öz gücsüzlüyü ilə əlaqələndirmir. Ən müxtəlif bəhanələr gətirirlər ki, özlərinə haqq qazandırsınlar. Amma heç vaxt mövcud iqtidarın dünyagörüşü sisteminə, yürütdüyü siyasətə, onun qəbul etdiyi proqramlara, onun bu seçkilərdə irəli sürdüyü namizədlərin daşıdıqları parametrlərə alternativ mövqe qoya bilmədiklərini etiraf etmirlər. Edəcəklərini gözləmək isə sadəlövhlükdən başqa bir şey deyil. çünki Azərbaycan müxalifətində təmsil olunan qüvvələrin heç biri normal müxalifətçilik ölçülərinə və vərdişlərinə yiyələnə bilməyiblər. Parlament seçkiləri yaxınlaşdıqca, biz bu prosesləri yenidən izləyirik. İmzatoplama kampaniyasını uğurla apara bilməyən və namizədlərinə imza toplamağı belə bacarmayan müxalifət partiyaları bu seçkilərdə qələbə şanslarının heç 1 faiz də olmadığını dərk etməyə başlayıblar.
Əslində, onların məğlubiyyətini qaçılmaz edən səbəblər kifayət qədər aydındır. Müxalif qüvvələr bu dəfə Azərbaycanın siyasi səhnəsində 520 mindən çox üzvü olan, kifayət qədər yüksək səviyyədə təşkilatlanmış, xalqın ciddi dəstəyini qazanmış, çox güclü bir partya ilə üz-üzədirlər. Onlar seçkilərə qatılmaqla isə, siyasi həyatlarında ilk dəfə olaraq siyasi partiyanın nə demək olduğunu və hansı qüdrətə sahib olduğunu anladılar. Və bu da müxalifət partiyalarının isterikaya düşməsinə səbəb oldu. Onların məhz bu əhval-ruhiyyədə, bu sarsıntı içində seçki marafonuna başladıqlarını söyləmək elə də çətin deyil. Əlbəttə ki, artıq gec idi. çünki müxalifətin daxilində bu proseslər gedəndə, onlar siyasi spekulyasiyalarla, populist çıxışlarla gününü gün edəndə YAP cəmiyyətdəki nüfuzunu daha da artırıb, xalqın ciddi dəstəyini qazanıb. Bu qədər böyük bir dəstəyə rəğmən, hakim partiya ötən seçki başa çatan kimi, parlament seçkilərinə hazırlıq işlərinə start verdi. Bunun göstəricisidir ki, sahib olduğu böyük potensiala, böyük gücə baxmayaraq, YAP seçkilərə çox diqqətlə, hər bir rəqibini, onun potensialını, siyasi hazırlığını, intellektual potensialını, mübarizə taktikasını və strategiyasını qiymətləndirərək və nəzərə alaraq hazırlaşıb, seçki strategiyasını da bu prinsip üzrə hazırlayıb. Bunun nəticəsi olaraq nizamsız, nə istədiyini bilməyən, məqsədyönlü fəaliyyəti, siyasi strategiyası və taktikası olmayan, başıpozuq müxalifət qrupları qarşılarında siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, mütəşəkkillik baxımından lider, daxili monolitlik baxımından möhkəm və vahid lider ətrafında birləşmiş vahid güclə, siyasi partiya ilə üz-üzə gəlirlər.
Bəli, Azərbaycan müxalifəti bu seçki kampaniyasına start veriləndən bu yana rəqibi Yeni Azərbaycan Partiyasının bir çox yeni texnologiyaları və seçki taktikasına müraciət etdiyini görür. Siyahının gec açıqlanması, bu siyahıda müəyyən insanların yerlərinin dəyişdirilməsi və ya müəyyən namizədlərin geri çəkilərək onların əvəzinə başqa daha şanslı namizədlərin irəli sürülməsi, əslində, müxalifət üçün sürpriz idi. Və təbii ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi mükəmməl seçki strategiyası və seçki manevrləri müxalifətin siyasi təfəkkürünün çata bilməyəcəyi nöqtələrdir. Elə ona görə də, hakim partiyanın atdığı addımlar müxalifəti siyasi rinqdə “nokdauna salıb”. Bu isə müxalifət qüvvələrinin isterikaya düşməsinə səbəb olub ki, bu durumun məntiqi sonluğu isə məğlubiyyət deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50

