F-16, yoxsa Su-57: Türkiyə nəyi seçəcək?
12.04.2022 [10:13]
Taleh AĞAVERDİEV
ABŞ Konqresi F-16 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə Rusiyadan Su-57 təyyarələrini almağı düşünə bilər. Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Ankara ABŞ-dan 40 ədəd F-16 Block 70 qırıcısı və artıq Türkiyədə olan F-16-ların təkmilləşdir??məsi üçün 80 ədəd Block 70 dəsti istəyib. Nəşr qeyd edir ki, bu sorğuya müsbət cavab verilməsə, Türkiyə Rusiyanın Su-57 təyyarəsi də daxil olmaqla alternativ variantları nəzərdən keçirəcək.
Xatırladaq ki, Ankara ilkin olaraq son beşinci nəsil F-35 qırıcılarından 100 ədəd almaq istəyirdi. Lakin Türkiyə NATO üzvü ola-ola Rusiyadan C-400 raketdən müdafiə sistemləri aldığı üçün ABŞ onların tədarükü ilə bağlı razılaşmanı ləğv edib. Vaşinqton, hətta o zaman Türkiyə MN-ə qarşı sanksiyalar tətbiq etdi. Türkiyə isə öz növbəsində ya Türkiyənin artıq köçürdüyü 1,4 milyard dolların geri qaytarılmasını, ya da bunun müqabilində əlavə F-16 modellərinin tədarükünü tələb edib. Qeyd edək ki, ABŞ ona Patriot komplekslərini satmaqdan imtina etdiyi üçün Türkiyə Rusiyadan C-400-ləri almağa məcbur olub.
Maraqlıdır ki, martın əvvəlində Türkiyənin S-400 raketdən müdafiə sistemlərini Ukraynaya təhvil verəcəyi təqdirdə, ölkənin F-35-ləri ala və bu qırıcıların istehsalı proqramına qayıda biləcəyi də bildirilirdi.
Daha sonra Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-la F-16-ların tədarükü ilə bağlı danışıqların müsbət və konstruktiv olduğunu bildirib. Bu günlərdə məlum olduğu kimi, ABŞ prezident administrasiyası Konqresə məktub göndərərək F-16 döyüş təyyarələrinin Türkiyəyə satışının məqsədəuyğun hesab edildiyini bildirib. Düzdür, məktubda F-16 qırıcılarının mümkün satışı ilə bağlı heç bir zəmanət və ya tarix yoxdur.
Bu xəbər fonunda istər-istəməz sual yaranır: hansı qırıcı daha effektivdir və Türkiyəyə daha çox sərf edir?
Rusiyanın Su-57 qırıcısı beşinci nəsil çoxməqsədli qırıcılar ailəsinə aiddir. F-16 dördüncü nəsil çoxməqsədli qırıcıdır (F-16 ilk uçuşunu 1974-cü ildə edib). Buna baxmayaraq, F-16 daha bahadır - 30-dan 64 (yeni modifikasiyalar) milyon dollara kimi. Üstəlik, ixrac qiyməti, hətta 120 milyonu keçə bilər. F-35-in 2021-ci il üçün qiyməti 79,17 milyon dollar, Rusiyanın Su-57-nin qiyməti isə 35 milyon dollardır.
Su-57 təkcə manevr qabiliyyəti və yaxın döyüş qabiliyyətinə görə deyil, həm də yüksək dəqiqlikli silahlardan qorunma baxımından F-16-nın əvvəlki modifikasiyasını - Viper-i üstələyir. İrbis radar sistemi eyni vaxtda 30-a qədər hədəfi izləmək və onlardan səkkizində raketləri istiqamətləndirmək qabiliyyətinə malikdir. Radarın görmə zonasında ən azı dörd yerüstü hədəf də ola bilər və qırıcı onlardan ikisinə atəş edə bilər. F-16 yerdə yalnız sabit hədəfləri vura bilən iki GPS idarəolunan bomba daşıya bilir.
Açıq mənbələrdə olan məlumatlara görə, Su-57, hətta Amerikanın beşinci nəsil qırıcısı F-35-dən də üstündür. Belə ki, Su-57-nin maksimal uçuş hündürlüyü 20 km, F-35 isə cəmi 18,2 km-dir. Rusiyanın ağır qırıcısının sürəti saatda 2600 km, ABŞ-ın isə 1930 km çata bilir. Su-57-nin uçuş müddəti də daha yüksəkdir - 5,8 saat (F-35 - 2,36 saat). Amerika qırıcısı 160 km mənzilli AIM-120D hava-hava raketləri ilə təchiz edilib. Rusiya təyyarəsinin arsenalında 300 km-dən çox mənzilli R-37M raketləri var.
Eyni zamanda, Su-57-ni F-16 və ya F-35 ilə müqayisə etmək, onların faktiki xüsusiyyətləri olmadıqda, tam düzgün deyil. Müasir təyyarələrdə sürəti və ya uçuş hündürlüyünü müqayisə etməyin mənası yoxdur. Bu gün artıq Birinci və İkinci Dünya ?üharibələrinin hava döyüşlərində olduğu kimi qırıcı təyyarələr bir-birini təqib etmir. Mövcud reallıqlarda, elektron-müharibə sistemləri və digər qüvvələrin dəstəyi olmadan qırıcıların təkbətək dueldə görüşməsi ehtimalı azdır.
Başqa bir çox vacib fakt var - sənayenin gücü. Bu günə qədər 4,6 mindən çox F-16 qırıcısı istehsal edilib (onlardan minə yaxını ABŞ-da xidmətdədir). Hazırda ABŞ Hərbi Hava Qüvvələri və onun müttəfiqlərində 700-ə yaxın F-35 qırıcısı da var. Sovet standartlarına görə bu iki hava ordusudur. Əgər ABŞ ildə 130-dan çox beşinci nəsil qırıcı istehsal etmək iqtidarındadırsa, Rusiya 2021-ci il üçün cəmi dörd Su-57, 2022-ci ildə isə 15 ədəd Su-57 istehsal etməyi planlaşdırıb. 2028-ci ilə qədər Rusiya öz hava-kosmik qüvvələrinin ehtiyacları üçün 76 ədəddən çox yeni Su-57 sifariş edib. Yəni, Rusiya texniki baxımdan yaxın 10 ildə Türkiyənin Su-57-yə olan ehtiyacını ödəyə bilməyəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20

