Müsavat da AXCP kimi xəyanətkar sövdələşməyə qoşulub
13.10.2010 [09:27]
Təəssüflər olsun ki, bu gün Azərbaycanda xarici qərəzli dairələrlə əməkdaşlıq edən, yalnız şəxsi maraqlarını düşünən, dövlət, xalq, milli maraqlar, ali dəyərlər kimi keyfiyyətləri ayaqlar altına atan “siyasətçilər” var. ümumiyyətlə, bu cür “siyasətçilərin” Azərbaycan cəmiyyətində heç bir sosial dəstəyi olmadığından, keçirilən bütün seçkilərdə yalnız məğlub olduqlarından, onlar hakimiyyətə gəlmək üçün xarici dairələrin dəstəyinə ümid bəsləyirlər. Həmin “siyasətçilər”dən biri AXCP sədri Əli Kərimlidir. Bir müddət öncə, KİV-in etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, Əli Kərimli Qərb dairələri ilə yaxından təmaslar qurmaq və dəstək almaq üçün ciddi-cəhdlə çalışırdı. Mənbə bildirir ki, o, hakimiyyətə gəlmək üçün dəstək göstərilməsi müqabilində ciddi vədlər də verib. Həmin dairələrin ölkəmizdə maraqlarının təmin olunacağını vəd edən Əli Kərimli Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. Bununla da, AXCP lideri hakimiyyət arzularının reallaşması üçün istənilən addıma, hətta, Azərbaycanın maraqlarını zərbə altına qoymağa belə hazır olduğunu nümayiş etdirib.
Amma hadisələrin axarı nəticəsində bəlli oldu ki, Əli Kərimli kimi Vətənə xəyanət edən bir müxalifət lideri də var. Bu dəfə isə xəyanətkar sövdələşməyə qoşulan Müsavat partiyasının sədri İsa Qəmbərdir.
Belə ki, bir neçə gün öncə isə Almaniyanın Potsdam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi partiyaları arasında birgə bəyannamə imzalanıb. Sənədə Müsavat partiyasının sədri İsa Qəmbər, Erməni ümummilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstanın Respublikaçı partiyasının sədri David Usupaşvili imza atıblar. Tərəflər Cənubi Qafqazda münaqişələrin dinc yolla nizamlanmasına dair üzərilərinə öhdəlik götürüblər. Sənədin mətni tam açıqlanmasa da, Müsavatdakı məlumatlı mənbənin verdiyi məlumata görə, sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd digər məsələlər də öz əksini tapıb.
“Armenia Today”in məlumatına görə, Erməni ümummilli Hərəkatı (EüH) Dağlıq Qarabağ məsələsinə dair əvvəlki mövqeyində qalır. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan EüH -in Müsavat ilə Potsdamda (Almaniya) imzaladığı birgə bəyannaməni şərh edərkən belə deyib. O, deyib ki, “EüH Qarabağ məsələsində heç bir güzəştə getmədən azərbaycanlıların sülhpərvər ifadələr səsləndirməsinə nail oldu. Halbuki, Ermənistan rəhbərliyi indiyədək çoxsaylı güzəştlərə getsə də, Azərbaycanın hərbi ritorikasını dəyişə bilməyib”.
Qeyd edək ki, hələ bir müddət əvvəl ölkə mətbuatında AXCP və Müsavata müxtəlif öhdəliklər müqabilində xaricdən maliyyə ayrılacağı barədə də məlumatlar yayılmışdı. Mətbuatda məlumatlı mənbəyə istinadən bildirilmişdi ki, kəskin maliyyə qıtlığı ilə üzləşmiş AXCP və Müsavatın Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalıb. Onların qarşısında şərt qoyulub ki, yalnız birləşəcəkləri və parlament seçkilərində vahid siyahı ilə çıxış edəcəkləri təqdirdə maliyyə yardımı ala bilərlər. Aparılan təhlillər onu göstərir ki, Müsavat və AXCP-nin təcili şəkildə bu addımı atmasının arxasında məhz Qərb dairələrinin sifarişi, onların maliyyə və digər yardımlar göstərmək vədləri dayanır. Təsadüfi deyil ki, ekspertlər də bu “birliyin” xarici dairələrdən gələn sifariş əsasında həyata keçirildiyini, görüntü xarakteri daşıdığını və ictimai rəyi çaşdırmağa yönəldiyini bildiriblər. Görünür, xəyanətkar sövdələşmə də məhz, bu prosesin davamıdır.
Beləliklə də, aydın olur ki, hər iki partiya lideri hakimiyyətə gəlmək üçün Azərbaycan xalqının maraqlarını çoxdan satmağı planlaşdırıblar. ölkə mətbuatında AXCP-Müsavat blokunun xarici dairələr qarşısında öhdəlik götürdüyü, İsa Qəmbər və Əli Kərimlinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ermənipərəst qüvvələrlə işbirliyinə getdikləri və milli maraqlarımıza qarşı çıxış etdikləri haqda gedən informasiyalar isə əyani şəkildə öz təsdiqini tapır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

