Bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən ölkəyə çevrilib
07.10.2010 [09:11]
Müstəqilliyinin 19-cu ilini tamamlamaq üzrə olan Azərbaycanın bu müddət ərzində nə qədər böyük inkişaf yolu keçdiyi göz önündədir. Bildiyimiz kimi, ölkəmiz müstəqilliyin ilk illərində çox ciddi sınaqlarla üzləşməli olub. Bir tərəfdən, Ermənistan qoşunlarının şəhər və kəndlərimizi işğal etməsi, digər tərəfdən, o zamankı ölkə rəhbərliyinin səriştəsizliyi səbəbindən daxili siyasi, iqtisadi vəziyyətin gərginləşməsi, vətəndaş müharibəsi təhlükəsi yenicə azadlığa qovuşan dövlətin gələcəyini təhdid edirdi. Belə bir məqamda Azərbaycan xalqının yeganə ümidi ümummilli liderimiz Heydər Əliyev idi. çünki xalqımız hələ sovetlər birliyi dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə Ulu öndərin gördüyü işləri yaxşı xatırlayır, Onun zəkasına və təcrübəsinə inanırdı. Məhz bu səbəbdən müstəqil dövlətimizin ən çətin günlərində Azərbaycan xalqı təkidlə ümummilli lideri ölkənin idarəçiliyini öz üzərinə götürməyə çağırdı. Tezliklə xalqımız seçimində yanılmadığının şahidi oldu. üzərinə düşən məsulliyyətin öhdəsindən ustalıqla gələn Ulu öndər Azərbaycanı uğurlu gələcəyə doğru aparan inkişaf yolu müəyyənləşdirdi. ümummilli liderin rəhbərliyi ilə ölkədə əsaslı şəkildə yenidənqurma işləri aparıldı, referendumla müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu, demokratik təsisatlar yaradıldı. Həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində müstəqilliyin ilk illərində tənəzzülə uğrayan iqtisadiyyatın bütün sahələri inkişaf etməyə başladı, əhalinin gəlirləri artdı, maddi rifah halı yüksəldi. Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ulu öndərin abidəsinin açılışında mərasim iştirakçıları qarşısında çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin əsasını qoyub: “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Müstəqil Azərbaycanda dövlət quruculuğu prosesi məhz onun fəaliyyəti ilə bağlıdır”.
Sevindirici haldır ki, bu gün Azərbaycan Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyir. ümummilli liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları nəticəsində bütün bölgələrdə irəliləyişlərə nail olunub, ölkə üzrə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb, azad bazar iqtisadiyyatı bərqərar olub. O da məlumdur ki, son bir neçə ildə Azərbaycan iqtisadiyyatı inkişaf tempinə görə dünyada ön sıralarda dayanır. Bundan əlavə, Ulu öndərin əsasını qoyduğu enerji siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan heç bir ölkədən asılı olmayan, müstəqil inkişaf imkanlarına malik bir ölkəyə çevrilib. ötən ilin qlobal iqtisadi böhranı respublika iqtisadiyyatının etibarlı və sarsılmaz əsaslar üzərində qurulduğunu bir daha təsdiqlədi. Eyni zamanda, beynəlxalq təşkilatların hazırladıqları hesabatlarda da Azərbaycan iqtisadiyyatı inkişaf sürəti və rəqabət qabiliyyətliliyinə görə yüksək qiymət alır. Bütün bunlar ölkə iqtisadiyyatının keçid dövrünü artıq geridə qoyduğunu göstərir.
Ulu öndərin sosial sahədə həyata keçirdiyi islahatların davam etdirilməsi sayəsində respublikamızda işsizlik xeyli dərəcədə aradan qaldırılıb, yoxsulluğun səviyyəsi minimuma endirilib. Belə ki, son bir neçə il ərzində ölkədə 900 mindən artıq yeni iş yerləri yaradılıb, yoxsulluq həddi isə 11 faizə enib. Eyni zamanda, əhalinin qayğıya ən çox ehtiyacı olan hissəsinə ünvanlı sosial yardımların ayrılması, habelə veteranların, şəhid ailələrinin, qaçqın və məcburi köçkün ailələrinin yaşayış-mənzil şəraitinin və rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər müsbət nəticələrini verməkdədir.
Qeyd etmək lazımdır ki, respublikamızın sürətli inkişafı onun beynəlxalq miqyasda nüfuzunu da xeyli artırıb. Müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələrini möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. ölkəmizin iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələri respublikamızın regional əhəmiyyətini xeyli artırıb. Nəticədə bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasi kurs ölkəmizi regionda güclü, qüdrətli bir dövlətə çevirib.
Dövlət başçısının da bildirdiyi kimi, bu gün Azərbaycan çox sürətlə və uğurla inkişaf edən ölkədir: “Bütün iqtisadi-sosial məsələlər həll olunur, dünyadakı mövqelərimiz möhkəmlənir. Azərbaycanın gücü artır və bu, bizə imkan verir ki, sözün əsl mənasında, müstəqil siyasət aparaq. O siyasət ki, Azərbaycan xalqının iradəsinə söykənir. Bu siyasəti Heydər Əliyev bizə göstəribdir və bu gün Azərbaycan Onun yolu ilə uğurla inkişaf edir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52

