/ / Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti aksiya keçirib
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı növbəti aksiya keçirib
25.09.2010 [10:10]
Heydər Əliyev Fondunun və “Sanofi-aventis” şirkətinin birgə layihəsi çərçivəsində aztəminatlı ailələrdən seçilən I tip şəkərli diabeti olan 18 yaşınadək 200 pasiyentə dünən iki min şpris-qələmdən ibarət 400 qutu Apidra insulin preparatı təqdim olunub.
I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən 18 yaşınadək uşaqların müalicəsi ilə məşğul olan Respublika Endokrinoloji Mərkəzinin, 6 nömrəli Uşaq Endokrinoloji Xəstəxanasının, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun həkim-endokrinoloqları layihədə iştirak edəcəklər.
Əsasən uşaq yaşlarında inkişaf edən I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin dərman preparatı ilə təminatına yönəlmiş layihənin məqsədi qısamüddətli təsirə malik insulinin yeridilməsinə ehtiyacı olan 18 yaşınadək 200 pasiyenti iki min şpris-qələm - Apidra preparatı ilə təmin etməklə yanaşı, pasiyentlərin altı ay müddətində həkim nəzarəti altında saxlanılması, lazımi müayinələrin aparılması və Apidra preparatının həkimin göstərişinə əsasən təyin edilməsidir.
Layihənin təqdimatından əvvəl Yasamal rayonundakı Heydər Əliyev muzey-məktəbinə gələn uşaqlar burada ümummilli liderin adını daşıyan muzey ilə tanış olub, Ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərə baxıblar.
Sonra I tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların Apidra insulin preparatı ilə təmin edilməsi layihəsinin təqdimatı keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Fond həyata keçirdiyi layihələrlə əhalinin sahiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.
A.Ələkbərov vurğulayıb ki, səkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il şəkərli diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqları insulin preparatları və şpris-qələmlərlə təmin edib. Bundan əlavə, BMT-nin təşəbbüsü ilə 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondu Dünya Diabet Kampaniyasına qoşulub. Fondun dəstəyi ilə sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur. Fond səhiyyə ilə bağlı digər mühüm layihələr də həyata keçirir. 2004-2010-cu illər ərzində Fonda müraciət edən insanlara köməyin göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, on minədək insanın müayinə və müalicəsi məqsədi ilə lazımi tədbirlər görülüb.
“Sanofi-aventis” şirkətinin nümayəndəsi preparat barədə ətraflı məlumat verib, valideynlərin suallarını cavablandırıb.
Sonra uşaqlara Apidra insulin preparatı təqdim olunub. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaqlara salamı çatdırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

