Dünya şöhrətli dilçi-alim və mahir pedaqoq
25.09.2010 [10:07]
Azərbaycanın görkəmli dilçi alimi, tanınmış türkoloq, beynəlxalq və milli akademiyaların akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türkiyə Türk Dil Qurumunun şərəfli üzvü, “Sürəkli Türk Dili” Məclisinin həqiqi üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və ya fəxri üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Afad Qurbanov bütün ömrünün elmi-pedaqoji fəaliyyətini ölkəmiz üçün yüksəkixtisaslı müəllim kadrların yetişdirilməsinə və filoloq-alimlərin hazırlanmasına həsr etmişdir. O, az bir alimlərə nəsib ola bilən güclü bir ziyalı dilçi mühiti yarada bilmişdir.
Akademik A.Qurbanov təkcə respublika üçün deyil, başqa ölkələr, xüsusilə, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini və Tədris-metodiki bölməsinin rəhbəri vəzifələrində çalışarkən bütün postsovet məkanı üçün də yüksəkixtisaslı elmi kadrların - türkoloqların yetişdirilməsində öz bacarığını əsirgəməmişdir. Bu onun güclü elmi potensialından, istedadından, təşkilatçılıq bacarığından irəli gəlirdi. Afad Qurbanov bütün həyatı boyu dilçilik elminin inkişafı istiqamətində işgüzarlığı və məhsuldarlığı ilə fərqlənmiş, böyük sayda yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük əmək coşqunluğu ilə fəaliyyət göstərmişdir.
A.Qurbanov yüksəkixtisaslı minlərlə filoloq-müəllim, 60-a yaxın elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Azərbaycan dilçilik elminin potensialının gücləndirilməsində bu elmi kadrlar çox böyük rol oynamışdır. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Afad müəllimin orada tələbəsi olmasın, onun yazdığı elmi kitablarından və dərsliklərindən istifadə edilməsin.
ölkənin ən qocaman ali pedaqoji məktəbi olan Azərbaycanın Dövlət Pedaqoji Universitetinə rəhbərlik etdiyi dövrdə akademik A.Qurbanovun respublikanın təhsil müəssisələrinin yüksəkixtisaslı müəllim kadrlarla təmin olunmasında böyük xidmətləri olmuşdur.
Afad Qurbanovun elmi-pedaqoji təşkilatçılıq qabiliyyəti, xüsusilə, 1981-1989-cu illərdə filologiya elmləri üzrə Müdafiə Şurasının və pedaqogika elmləri üzrə Müdafiə Şurasının sədri vəzifələrində özünü daha çox göstərmişdir. Həmin dövrdə müdafiə şuralarının iclasları mütəşəkkil keçirilmiş, şuralara təqdim edilmiş dissertasiyalar müvəffəqiyyətlə müdafiə edilmiş və hamısını Ali Attestasiya Komissiyası yekdilliklə təsdiq etmişdir. Şuraların və onların sədri A.Qurbanovun ünvanına Ali Attestasiya Komissiyasından yaxşı işinə görə həmişə təşəkkür məktubları göndərilmişdir. Təsadüfi deyil ki, Ali Attestasiya Komissiyası məhz A.Qurbanovun təsisçiliyi ilə yaradılmış “Onomastika” elmi jurnalını ölkənin elmi məqalələr nəşrlər siyahısına daxil etmişdir.
Afad Qurbanovun elmi və pedaqoji fəaliyyəti ölkəmizdə daim yüksək qiymətləndirilmişdir. O, 1970-ci ildən indiyədək yüksəkixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə həm ölkə başçısı, həm də Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Həmçinin, 1981-ci ildə respublikada elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə A.Qurbanova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə əməkdar elm xadimi fəxri adı da verilmişdir.
Akademik Afad Qurbanovu digər dilçilərdən fərqləndirən cəhət ondan ibarət idi ki, o, çoxcəhətli elmi yaradıcılığa malik idi, Azərbaycan dilçiliyinin bütün sahələrini araşdıra və həmin sahələrə dair öz elmi sözünü deyə bilmişdir. A.Qurbanov dilçiliyin vacib problemlərinə həsr edilmiş 70-dən çox fundamental irihəcmli kitabın və 500-dən artıq elmi məqalənin müəllifi olmuşdur. Bu da A.Qurbanovun hər dilçiyə nəsib olmayan elmi məhsuldarlığının bariz nümunəsidir.
ümumi dilçilik və Azərbaycan dilçiliyinin müxtəlif problemlərinə həsr edilmiş nadir fundamental elmi-tədqiqat əsərlərinin və dərsliklərin müəllifi, nəzəri və praktik məsələlər üzrə ən məhsuldar alimlərimizdən olan Afad Qurbanov öz tədqiqatlarını, əsasən, dilçiliyimizin az öyrənilmiş sahələrinə həsr etmişdir.
A.Qurbanovun ümumi dilçilik, Azərbaycan dili, onomalogiya, türk dillərinin müqayisəli tədqiqi sahəsində əldə etdiyi elmi nəticələr ona haqlı şöhrət qazandırmışdır.
Azərbaycanda ümumdilçilik tədqiqatlarını aparan ilk alim A.Qurbanov olmuşdur. Onun “ümumi dilçilik” adlı dərsliyi bir neçə dəfə çap olunmuşdur. Bu kitab Azərbaycanın pedaqoji universitetləri üçün milli zəmində yazılmış ilk dərslikdir və hazırda bütün dilçi alimlərin, müəllim, tələbə və aspirantların stolüstü kitabıdır.
Akademik A.Qurbanov Azərbaycanın dilçilik tarixində elmi məktəb yaratmış nadir dilçi alimlərdən olmuşdur. Azərbaycanda onomastika elmi məktəbinin banisi A.Qurbanov olmuş və onun dilçiliyin bu sahəsində verdiyi töhfələri, xüsusilə, Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk elmi fundamental kitab olan 1988-ci ildə nəşr olunmuş “Azərbaycan onomalogiyasının əsasları” (2 cilddə) adlı monoqrafiyası dünyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
A.Qurbanov zəngin erudisiyaya, dərin biliyə malik elm fədaisi idi. O, bütün mənalı həyatını, 80 illik həyatının 60 ilini, elmi istedadını Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına verən əvəzsiz, görkəmli dilçi alim olmuşdur.
Belə mənalı həyat sahibini təkcə elm adamları, müəllimlər deyil, bütöv xalqımız unutmayacaqdır.
Akademik Arif MEHDİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

