/ / Çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi bu ilin sonunadək yeni mənzillərdə yerləşdiriləcək
Çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi bu ilin sonunadək yeni mənzillərdə yerləşdiriləcək
25.09.2010 [10:08]
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan və didərgin salınan insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılıb. Hər bir addımın reallaşmasında isə dövlətin və ayrı-ayrı beynəlxalq təşkilatların rolu olub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələr salınıb, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib. Həmin mənzillərin böyük bir qismi artıq qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilib. Belə ailələrin sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilib.
çadır şəhərcikləri müasir tipli qəsəbələrlə əvəz olunub
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə mövcud olan çadır düşərgələrinin ləğvi ideyası Ulu öndər Heydər Əliyevə məxsus olub. Eyni zamanda, ilk çadır düşərgəsinin ləğvi də məhz ümummilli liderin göstərişi ilə reallaşıb. 2003-cü ilin iyun ayında Biləsuvar rayonu ərazisindəki 5 çadır şəhərciyinin ləğvi nəticəsində 3781 ailə-17014 nəfər məcburi köçkün yeni müasir qəsəbələrə köçürülüb. Sonrakı illərdə də qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli prioritet məsələlərdən olub. Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra isə bu prosesdə dinamika hiss olunub. Yeri gəlmişkən, ölkə başçısının 2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşdə səsləndirdiyi “ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir” fikri çətin vəziyyətdə yaşayan insanlar üçün böyük ümid, bu istiqamətdə dövlət siyasətinin icraçıları üçün isə xüsusi tapşırıq idi.
Bir sözlə, cənab İlham Əliyevin Prezident seçilməsindən sonra çadır düşərgələrinin ləğvi dövlətin prioritet məsələsi olub. Odur ki, ölkədə gedən iqtisadi inkişafın məntiqi nəticəsi olaraq, çadır düşərgələrinin ləğvi sürətlənib. Xüsusən, 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi görüləcək işləri sistemləşdirib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamına və yeni Dövlət Proqramına uyğun olaraq, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına sifarişçi təşkilat olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb. Bundan sonra, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunub. Eyni zamanda, yeni qəsəbələrin tikintisi və çadır düşərgələrinin ləğvi davam edib, 2007-ci ildə isə Saatlı, Sabirabad rayonlarındakı 3 çadır düşərgəsinin ləğvi ilə ölkəmizdə mövcud olan 12 çadır şəhərciyinin ləğvi başa çatdırılıb. Bununla da ölkə Prezidenti İlham Əliyevin çadır düşərgələrinin ləğvi ilə bağlı tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilib.
Növbə fin tipli qəsəbələrindir
Bu da bir həqiqətdir ki, qaçqın və məcburi köçkünlərin müəyyən bir hissəsi hələlik yaşayış üçün tam yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində yaşayırlar. Odur ki, tədbirlər planı növbəti mərhələdə məhz belə insanları əhatə edəcək. Belə ki, istismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə, ayrı-ayrı şəhər və rayonlardakı məktəblərdə, Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda və digər yerlərdə müvəqqəti məskunlaşmış, çətin şəraitdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələr salınmaqla və ya yaşayış evləri tikilməklə mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin, onların məşğulluğunun təmin edilməsi ilə bağlı konkret tədbirlər həyata keçiriləcək.
Onu da qeyd edək ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş həmvətənlərimiz öz doğma yurdlarına qayıdana qədərki dövrü əhatə edir. Burada çadır düşərgələrində, dəmiryolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də onlar üçün iş yerlərinin yaradılması və digər sosial problemlərinin həlli yolları əksini tapıb. İcrası 2012-ci ilədək davam edəcək Dövlət Proqramında aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin, müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək onların mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. özəl müəssisələrin, ali və orta ixtisas təhsil məktəblərinin rəhbərlərinə isə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsilhaqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
Kömək məqsədi ilə atılacaq addımlar isə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin hazırladığı “Tədbirlər Planı” ilə müəyyən olunub.
Proses mərhələlərlə davam edəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin rəhbəri Sənan Hüseynovun sözlərinə görə, çətin şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələlərlə öz həllini tapacaq. Onların bir qisminin də yeni mənzillərdə yerləşdirilməsi bu ilin sonunadək başa çatacaq: “Mingəçevir, Goranboy, Şəki, Saatlı, Sabirabad, Laçın (Taxta Körpü), Bərdə, Füzuli, Ağcabədi, Ağdam, İmişli, Dəvəçi şəhər və rayonlarında istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün qəsəbələrin salınması mərhələlərlə davam edəcək. Artıq Yevlax, Ağdam və Goranboy rayonlarında məskunlaşan məcburi köçkün ailələri üçün yeni binaların tikintisi yekunlaşır. Yevlax rayonunda 612 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli binalardan ibarət məhəllə salınıb. Burada binaların tikintisi ilə bərabər, 440 yerlik orta məktəb binasının, 50 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin tikintisi də davam etdirilir. Buradakı binaların bəzilərində artıq son tamamlama işləri aparılır. Bunlarla yanaşı, binaların və mənzillərin texniki infrastrukturlarla təchizatı da artıq başa çatmaq üzrədir”.
Ağdam və Yevlax rayonlarında da məskunlaşanlar bu ilin sonunadək rahat mənzil şəraiti ilə təmin ediləcəklər. Belə ki, Ağdamda 689 ailə, Goranboyda isə 175 ailə hazırda tikilməkdə olan beşmərtəbəli binalarda yerləşdiriləcək. Bu məqsədlə hazırda 3 bina tikilir. S.Hüseynovun sözlərinə görə, Goranboy rayonunda 20 hektar sahədə hündürmərtəbəli binalardan ibarət məhəllədə 164 ailə üçün 3 beşmərtəbəli binada inşaat işləri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib. Rayon ərazisində Naftalanda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün tikilən məhəllədə 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası da fəaliyyət göstərəcək: “Komitə sədri, baş nazirin müavini Ə.Həsənov özü həmin yerlərdə dəfələrlə olub və işin gedişi ilə yerindəcə maraqlanıb. Burada artıq bütün kommunikasiya xətləri çəkilib, qəsəbəni içməli su ilə təchiz edəcək su anbarının tikintisi də başa çatdırılıb”.
Bundan başqa, ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında məskunlaşmış məcburi köçkün ailələri üçün yeni evlərin inşası da nəzərdə tutulub. Beyləqan rayonu ərazisində isə Xocavənd rayonuna məxsus qış yataqlarında məskunlaşmış, çətin şəraitdə yaşayan məcburi köçkün ailələri üçün isə yeni qəsəbənin salınması planlaşdırılıb.
S.Hüseynov hesab edir ki, bu işlərin yekunlaşması və Dövlət Proqramında nəzərdə tutulanların həyata keçirilməsi daha çox vəsaitdən asılıdır. Hələlik isə, Bakı, Sumqayıt, digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları yerlər araşdırılır. Burada təmirə daha çox ehtiyacı olan 268 obyektin mövcud vəziyyətinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə öyrənilməsi, onların infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin 268 obyektə yataqxanalar, ictimai binalar, sanatoriya və sağlamlıq düşərgələri, tikintisi yarımçıq qalmış binalar daxildir ki, onların çoxunda köçürülmə nəzərdə tutulsa da, reallaşması yaxın vaxtlarda baş tutmayacaq. S.Hüseynov bildirib ki, yataqxanalar sırasında ilk olaraq Bakı Dövlət Universitetinin yataqxanasının boşaldılması fikri mövcud olsa da, nə bu, nə də digər yataqxanalar üçün torpaq ayrılmayıb. Məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə infrastrukturun istismara yararlı hala salınması üçün müvafiq təkliflər hazırlanaraq ölkə Prezidentinə təqdim olunub.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

