/ / Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
08.09.2010 [09:45]
Təhsil ocağının 31 sinif otağında, 7 fənn kabinetində və müxtəlif təyinatlı 11 otağında müasir təhsil üçün hər cür şərait yaradılıb, siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə təmin olunub.
İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılıb. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Geniş və işıqlı foyedə Ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilə diqqət və qayğısının artırılması istiqamətində gördükləri işləri və məktəbin təmirində böyük dəstəyi olan Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotostendlər zövqlə tərtib edilib, dövlət atributları əks olunub.
Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilib.
Məktəbin şagirdləri Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim ediblər.
Mehriban xanım Əliyeva məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb. Fondun prezidenti məktəblə tanış olub.
Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verib ki, məktəbdə təhsilin beynəlxalq standartlara uyğun qurulması üçün müasir fənn kabinetləri yaradılıb. Kimya, biologiya və fizika kabinetləri müxtəlif təcrübələrin aparılması üçün lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.
Bildirilib ki, məktəbdə yaradılmış iki kompyuter kabinetində müasir kompyuterlər quraşdırılıb. Kompyuterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompyuterlər lazımi proqramlarla təchiz edilib. Təhsil ocağının gənclərin çağırışa qədər hazırlığı kabineti isə orduda xidmətə hazırlaşan gənclərin hərbi hazırlığının yüksək səviyyədə təşkili məqsədi ilə lazımi ləvazimat, stendlərlə təmin olunub, mini kazarma yaradılıb. Məktəbdə 200 nəfərlik akt zalında kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Yeni musiqi otağı isə musiqi alətləri və Almaniyanın istehsalı olan royal ilə təchiz olunub. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə yaradılmış geniş zalda şagirdlər idmanın bütün növləri ilə məşğul ola biləcəklər. Burada fəaliyyət göstərən müasir kitabxana isə bütün dərsliklər, bədii ədəbiyyat, müxtəlif lüğətlər və s. ilə təchiz edilib.
Təhsil ocağında yaradılan şərait müəllim kollektivinin böyük sevincinə səbəb olub. Məktəbin direktor müavini Yaqut İslamova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya pedaqoji kollektiv adından təşəkkür edərək deyib: “Sevincimiz böyükdür. Aldığımız bu böyük hədiyyə bizi səylə işləməyə, dövlətimizə layiqli gənclər yetişdirməyə ruhlandırır. Biz möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini bəyənirik və onun ardınca gedirik. Prezidentimizi həddindən artıq çox sevirik. Onun yaxın silahdaşı kimi Sizə də dərin təşəkkürümüzü bildiririk ki, incəsənətimizə, mədəniyyətimizə, təhsilimizə, səhiyyəmizə bu cür gözəl qayğı göstərirsiniz”.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin təhsil sisteminin müasir və beynəlxalq standartlara cavab verməsi üçün lazımi tədbirlərin görüldüyünü və bunun gələcəkdə də davam etdiriləcəyini vurğulayaraq deyib: “Azərbaycanın bütün məktəbləri yüksək səviyyədə olmalıdır. Demək olar ki, bu gün artıq biz bu yol ilə gedirik. Siz bilirsiniz ki, son dörd il ərzində 1800 yeni məktəb inşa və təmir olunub, ən yüksək standartlara cavab verir. Yüksək səviyyədə təhsil üçün bütün nə lazımdırsa bu məktəbdə var”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

