Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda daha bir istirahət parkı istifadəyə verilib
08.09.2010 [09:44]
Aparılan abadlıq və quruculuq işləri paytaxtımızı gündən-günə gözəlləşdirir. Yeni təhsil müəssisələri, səhiyyə obyektləri, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, yaraşıqlı, zövq oxşayan istirahət parklarının salınması Bakımızın simasını dəyişir. Nərimanov rayonunun Molla Cümə küçəsindəki istirahət parkı təmir və yenidənqurma işlərindən sonra orijinallığı ilə seçilən istirahət mərkəzlərindən birinə çevrilib.
AzərTAc xəbər verir ki, dünən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verib ki, burada paytaxt sakinlərinin, qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazisi 14 min kvadratmetr olan parkda üç ay müddətində təmir-tikinti işləri aparılıb, on minədək müxtəlif dekorativ ağac və kol, çiçək əkilmiş, səkkiz min kvadratmetr əraziyə yaşıl zolaq salınıb. Bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması parka xüsusi yaraşıq verir. Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan rahat oturacaqlar quraşdırılıb. Parkın ərazisinə kərpic formalı beton üzlük daşları döşənib. İstirahət məkanında İtaliyadan gətirilmiş müasir işıqlandırma sistemi quraşdırılıb. Buradakı yeni fəvvarə kompleksi əraziyə xüsusi bir yaraşıq verir. Təmir və tikinti-quraşdırma işləri zamanı balacalar da yaddan çıxarılmayıb. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılıb, idman və əyləncə meydançaları salınıb. Parkın ətrafındakı binalarda da aparılan bərpa işləri ümumi ansambla uyğunlaşdırılıb. İstirahət məkanının ətraf ərazisi abadlaşdırılıb, avtomobil yollarına yeni asfalt döşənib. Səkilərdə müasir işıqlandırma sistemi quraşdırılıb.
Parkda aparılan işlərdən razı qalan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istirahət məkanının rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili və mənalı dincəlmələrinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud istirahət ocaqlarında abadlaşdırma işlərinin aparılması dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.
Xəbər lenti
Hamısına baxİdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17

