/ / MSK dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb
MSK dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb
24.08.2010 [09:06]
AzərTAc xəbər verir ki, kursların keçirilməsində məqsəd sözügedən Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirmək, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığını artırmaqdır.
Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının akt zalında ilk tədbirin məhz dövlətimizin başçısının Sərəncamına uyğun surətdə keçirilən kursların olması yerinə düşür. çünki MSK-nın fəaliyyəti üçün hərtərəfli şəraiti olan bu bina Prezidentin xüsusi göstərişi əsasında tikilib istifadəyə verilib. Bu qayğı və diqqətə görə dövlətimizin başçısına Mərkəzi Seçki Komissiyasının adından xüsusi təşəkkürümüzü bildirirəm.
MSK sədri seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, qeyd edib ki, məhz Ulu öndərin yürütdüyü uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olub, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti illərində ictimai-siyasi sabitlik daha da möhkəmləndirilib, qanunverici baza təkmilləşdirilib. Dövlətimizin başçısının göstərişi əsasında dairə seçki komissiyalarının əksəriyyəti üçün yeni binalar inşa edilib, qalan DSK-ların binaları isə əsaslı təmir olunub. Onların hərtərəfli fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılıb, texniki və digər zəruri avadanlıqla təchiz edilib. ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində respublikamızda demokratik seçki praktikası ildən-ilə təkmilləşir və bu sahədə böyük nailiyyətlər əldə olunub.
M.Pənahov qeyd edib ki, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işini daim diqqətdə saxlayır. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007 və 2009-cu illərdə də aşağı seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmiş və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişdi. Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssisləri mühazirələr oxuyacaqlar. DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq. ümid edirəm ki, dövlətimizin başçısının sözügedən Sərəncamı əsasında keçirilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaq.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev çıxış edib, dövlətimizin başçısının seçkilərlə bağlı müvafiq sərəncamlarından irəli gələn vəzifələrdən danışıb. Z.Nağdəliyev deyib ki, seçkilərin daha da şəffaf və demokratik keçirilməsi üçün dövlətimizin başçısının Sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür. Monitorinqlər keçirilib, seçki məntəqələrinin otaq problemləri araşdırılıb. Seçkilərə qədər 62 seçki məntəqəsi yeni otaqlarla təmin olunacaq, 1076-nın yerləşdiyi binalarda təmir işləri aparılacaq.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov seçki qanunvericiliyinin tələbləri, vətəndaşların seçki hüquqlarının, demokratiyanın aliliyinin qorunmasının vacibliyindən danışıb. O, qeyd edib ki, ədalətli və şəffaf seçkilər keçirilməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb, qanunlar beynəlxalq standartlara uyğunlaşdırılıb.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel beynəlxalq hüququn əsaslarından danışıb, Azərbaycanda seçkilərə hazırlığın səviyyəsini yüksək qiymətləndirib. O, deyib ki, ATƏT və Avropa Şurası bu il keçiriləcək parlament seçkilərini izləmək üçün müşahidə missiyaları göndərəcək. ATƏT-in göndərəcəyi müşahidə missiyasına 450-yə yaxın nümayəndə daxil ediləcək. Avropa İttifaqı isə bu il seçkilərə müşahidəçi göndərməyəcək. Bu təşkilatın üzvlərinin missiyasını ATƏT-in, Avropa Şurasının deputatları həyata keçirəcəklər.
ATƏT rəsmisinin sözlərinə görə, beynəlxalq təşkilatların Azərbaycana çoxlu sayda müşahidəçi göndərməsinin əsas səbəbi seçki sahəsində əldə olunan uğurların nəticəsidir.
Daha sonra Bakı Apelyasiya Məhkəməsinin kollegiya sədri Mehdi Əsədov və digər rəsmi şəxslər çıxış edib, seçki prosesində apelyasiya instansiya məhkəmələrinin rolu və fəaliyyəti, seçki prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumat veriblər.
Avqustun 23-dən 29-dək davam edəcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

