NATO-nun təlimləri sərhədlərin açılmasına səbəb olmamalıdır
24.08.2010 [09:02]
Məlum olduğu kimi, ötən həftə Türkiyə Respublikasının prezidenti Abdullah Gül ölkəmizə rəsmi səfərə gəldi. Səfər çərçivəsində keçirilmiş görüşlərdə iki ölkə arasındakı qardaşlıq-dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım Müqaviləsi imzalandı. Bununla da, bir daha sübut olundu ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bütün sahələr üzrə sürətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Təbii ki, bu qardaşlıq münasibətlərinin təməli uzun müddət əvvəl qoyulub, müstəqillik əldə olunduqdan sonra bu əlaqələr daha da dərinləşib, inkişaf edib.
Bu mənada Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin ruhuna, fəlsəfəsinə uyğun olaraq, hər zaman Türkiyəyə mühüm məsələlərdə dəstək verib, qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınmaması üçün geniş təbliğat işi aparıb. Türkiyə də eynilə, strateji məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün bütün səylərini ortaya qoyub. Hətta 1993-cü ildə Türkiyə Ermənistanla sərhədlərini Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasına etiraz olaraq bağlayıb və rəsmən bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları boşaldılmayınca bu sərhədlər bağlı saxlanılacaq.
Sərhədlərin açılması yolverilməzdir...
Bütün bunları xatırlatmaqla yanaşı, onu da qeyd edək ki, nədənsə, bəzi vaxtlarda Ermənistan dövləti ilə bağlı məsələlər ucbatından iki ölkə arasında müəyyən anlaşılmazlıqlar yaşanır. Məsələn, 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması və bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıq və narazılıqla qarşılanıb. Sonrakı dövrdə Türkiyə rəsmiləri dəfələrlə işğal altında olan Azərbaycan torpaqları azad edilməyincə, Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmayacağını və sərhədlərin açılmayacağını bəyan ediblər.
Lakin bu günlərdə yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortalığa atılıb. Belə ki, bu oyunun əsas prinsipləri sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlanılıb və təbii olaraq, bu, Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb. Bu narahatlığa, şübhələrə son qoymaq üçün məsələ ilə bağlı Azərbaycanda sonuncu dəfə rəsmi səfərdə olan Türkiyə prezidenti Abdullah Gülə mətbuat konfransında konkret sual da ünvanlandı. Lakin Türkiyənin dövlət başçısı NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə əlaqədar Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı barədə mətbuatda gedən məlumatlara dair sualı konkret cavablandırmaqdan yayındı. Abdullah Gülün bu suala konkret cavab verməkdən yayınması isə bəzi məsələlərin hələ də açıq qaldığını göstədi.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da mətbuata açıqlamasında məsələ ilə bağlı konkret söz söyləmədi: “Bəhs etdiyiniz təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Təlimin bu mahiyyəti diqqətə alınaraq və təlimdə istifadə ediləcək avadanlığın Ermənistana ölkəmiz üzərindən quru yolu ilə nəql edilməsi istiqamətində bir tələb olacağı təqdirdə hazırlıqlı olmaq məqsədilə Türkiyə-Ermənistan sərhədinin, sadəcə təlim avadanlığını daşıyan maşınların keçməsi üçün istisna hal kimi müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir”.
Əlbəttə ki, Türkiyə rəsmilərinin konkret sualı cavablandırmaqdan yayınması ortaya ilkin olaraq, bir sualı çıxarmış olur: Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı son zamanlar çoxsaylı bəyanatlar vermiş Türkiyə rəsmiləri konkret cavabdan niyə yayınırlar?
Türkiyə rəsmilərinin hazırki bəyanatlarına baxmayaraq, Azərbaycan cəmiyyəti düşünür ki, sərhədlərin açılması yolverilməzdir. çünki heç bir səbəb Türkiyə rəhbərliyinin öz vədlərini pozmasına bəraət qazandıra bilməz.
Rəsmi Ankaranın “səssiz diplomatiyasında” Azərbaycanın maraqları nəzərə alınırmı?
Təkzibedilməz faktdır ki, bu gün NATO-nun Ermənistanda təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti açılması məsələsinin rəsmi Ankara tərəfindən nəzərdən keçirilməsi Azərbaycanda müəyyən narahatlığa səbəb olub. İctimaiyyətimizin tanınmış nümayəndələrinin, ziyalıların, politoloqların fikrincə, Ermənistanda NATO tərəfindən təlimlərin təşkil olunması sərhədlərin ümumiyyətlə açılmasının başlanğıcı ola bilər. Yəni, Türkiyə rəsmilərinin söylədiyi kimi, Ermənistana aparılması planlaşdırılan təlim avadanlığını daşıyan maşınların Türkiyə-Ermənistan sərhədindən keçməsi arzuolunmaz halın inkişafını stimullaşdırar.
Ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməmiş istənilən səbəbdən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş səylərin Azərbaycanın milli maraqlarına zidd olduğunu bildirirlər. Onlar bu halın Azərbaycan və Türkiyədə ciddi narazılığa səbəb olacağını da qeyd edirlər.
Azərbaycan və Türkiyə ictimaiyyətləri, tanınmış ziyalılar məqsədindən asılı olmayaraq sərhədlərin açılmasının yolverilməz olduğunu bildirir və Türkiyə rəhbərliyinin öz vədlərinə sadiq qalacağına ümid edirlər.
Türkiyə rəsmiləri aşağıdakı sualları cavablandırmalıdırlar...
Bir daha qeyd edək ki, Azərbaycan və Türkiyə ictimaiyyətinin həssaslığı nəzərə alınmadan yenidən sərhəd məsələsi gündəliyə gətirilir, ciddi cəhdlə bu və ya digər vasitələrlə onun açılmasına cəhdlər olunur. Haqlı olaraq, bu məsələ də Azərbaycan ictimaiyyəti və KİV-ləri tərəfindən geniş müzakirə edilməkdədir. Aparılan müzakirələrdə isə Azərbaycan ictimaiyyəti bir çox suallarla üz-üzə qalır. Abdullah Gülün konkret sualdan yayınması isə yeni şübhələrin ortaya çıxmasına şərait yaradır.
İctimaiyyət düşünür ki, Azərbaycanın maraqları nəzərə alınmadan Türkiyə ilə Ermənistan arasında məxfi danışıqların yeni mərhələsinin başlandığını ehtimal etmək olarmı? Və ya rəsmi Ankaranın “səssiz diplomatiyasında” Azərbaycanın maraqları nəzərə alınırmı?
Düşünürük ki, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin narahatlıqlarını nəzərə alaraq, Türkiyənin Azərbaycandakı səfirliyi, həmçinin, digər Türkiyə rəsmiləri təlimlər zamanı sərhədin açılıb-açılmayacağı məsələsinə konkret münasibət bildirməlidirlər.
Əgər bu məsələyə vaxtında konkret açıqlama verilməzsə, o zaman, ötən il yaşanmış narahatlıqlar bir daha özünü büruzə verə bilər.
Bəllidir ki, Azərbaycan və Türkiyə ictimaiyyətində formalaşmış narahatlıqlar yalnız xarici qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan ictimaiyyəti, ziyalıları düşünür ki, Türkiyə Azərbaycanın maraqları üzərində təcavüzkar dövlətlə əlaqələr qurmayacaq. çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməyincə Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurması Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin ruhuna ziddir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58

